31 il ötdü...
03.07.2025 [07:56]
Erməni vandalizminin qanlı izləri - Metro terroru
Xalqımız dəfələrlə erməni terror təşkilatının üzvləri tərəfindən amansız qətliamlara məruz qalıb. Tarix boyu yetərli siyasi və hərbi gücü olmayan ermənilər vahid yaşayış məkanının əldə edilməsi üçün ərazilərimizdə bütün yollara əl atıblar. Müxtəlif terror aktları törətmək dünyanın hər yerinə səpələnmiş ermənilər üçün effektiv alət idi.
10 il ərzində 2 mindən çox qurban...
İfrat millətçilik əhval-ruhiyyəsindən doğan və “Böyük Ermənistan”yaratmaq xülyasından ruhlanan erməni terrorizmi daim ermənilərin dəyişən siyasi məqsədlərinə uyğunlaşırdı. 1980-ci illərdə Ermənistanın Qarabağ bölgəsinə qarşı qanunsuz və əsassız ərazi iddialarının ortaya çıxması ilə, erməni terror təşkilatlarının fəaliyyəti Azərbaycana yönəldi. 1980-ci illərin ikinci yarısı erməni terrorçularının ölkəmizin ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları ilə qeydə alınmışdı. 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində törədilən bu terror aktları 2 mindən çox insanın ölümünə səbəb olmuşdu.
1 ildə metroda 2 terror aktı
1994-cü illərdə xalqımıza qarşı terror aktları snayper hücumları və ya yaxınlıqdakı çaylara atılan partlayıcı oyuncaqlar şəklində davam edirdi. Əsas qurbanlar isə qadınlar, uşaqlar və qocalar idi.
Təkcə 1994-cü ildə Bakı metropolitenində vətəndaşlarımıza qarşı iki terror aktı törədilib. Həmin il martın 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub və 49 nəfər yaralanmışdı.
13 ölü, 58 yaralı...
1994-cü ilin iyulun 3-də isə Bakı metrosunda ikinci terror hadisəsi yaşandı. Bu gün sözügedən faciəli hadisədən 31 il ötür. Həmin gün saat 20:30-da metronun “28 May” stansiyasından “Gənclik” stansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmasına 500 metr qalmış qatarın ikinci vaqonunda partlayış baş verib. Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanmışdı.
Partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
İstintaq nəticəsində müəyyən edilib ki, 1994 cü il yanvarın 13-də Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Belə ki, onu azad etmək bəhanəsi ilə 16 iyun 1994-cü ildə anası Tacibat Aslanova ermənilər tərəfindən İrəvana dəvət olunur, Azər Aslanova isə anasının girov olduğunu və onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994-cü ildə, İrəvan-Mineralniye Vodi-Bakı marşrutu ilə A.Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana gəlir, terror aktını törədir və Ermənistana qayıdır. Yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər.
Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar. A.Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycanın Baş Prokurorluğunun təqdimatı əsasında Z.Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa, sonra isə MDB dövlətlərində beynəlxalq axtarışa verilib. 2001-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol Z.Balayanı axtarışda olan şəxslər siyahısından çıxarıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Maraqlı
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57

