Komitə rəsmisi: Qarabağa səfər etmək üçün tələb olunan icazələrin müddəti daha da artırılacaq
10.07.2025 [18:17]
Qarabağda zəruri infrastruktur qurulduqdan və mina təhlükəsizliyi tam təmin olunduqdan sonra həmin ərazilərə səfər etmək üçün tələb olunan icazələrin müddəti daha da artırılacaq. Yaxın gələcəkdə Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşlarımızın məzuniyyət vaxtlarını Qarabağda yaradılan istirahət mərkəzlərində keçirmələri üçün daha ciddi işlərin görülməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sektor müdiri Bənövşə Talıbova bildirib.
O vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra qarşıda duran əsas məsələ həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və əhalinin bu yerlərə müstəqil gediş-gəlişinin təşkil edilməsi idi. “Erməni işğalçılarının Ordumuzun qarşısında tab gətirə bilməyib, geri qaçmasından dərhal sonra Azərbaycan əhalisinin azad olunmuş torpaqlara səfərləri başladı. Təhlükəsizlik baxımdan ilk vaxtlar bu səfərlərlə bağlı bəzi məhdudiyyətlər qoyulsa da, getdikcə bu istiqamətdə yeni qaydalar tətbiq edildi. Bu qaydalar Qarabağa səfər etmək arzusunda olan daha çox vətəndaşı əhatə edir. Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qarabağa gediş-gəlişini asanlaşdırmaq üçün yeni qaydaların müəyyənləşdirilməsi Azərbaycan əhalisi tərəfindən müsbət qarşılanır. Bu günlərdə tətbiq olunan yeniliklərdən biri də Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərini daha rahat və planlı şəkildə həyata keçirmək imkanını yaratmaq məqsədilə www.yolumuzqarabaga.az portalı üzərindən əldə olunan icazələrin müddətinin 2 gündən 5 günədək uzadılmasıdır. Son zamanlara qədər qeyd edilən portalda qeydiyyatdan keçdikdən sonra vətəndaşlarımız 2 gün müddətində Qarabağa getməli və geri dönməli idilər. Bu müəyyən qədər problemlər yaradırdı. Çünki 2 gün ərzində 30 il həsrətində olduğumuz torpaqları gəzib bitirmək mümkün deyildi. İki gündə bu rayonlardan yalnız birinə səfər etmək mümkündür. Buna görə də səfər edənlərin əksəriyyəti əsasən Şuşaya gedir və geri dönürdülər. İndi isə 5 gün ərzində daha çox ərazini gəzmək və zəngin təəssüratla geri qayıtmaq mümkündür. Amma bu hələ son deyil”, - deyə B.Talıbova diqqətə çatdırıb.
Sektor müdiri vurğulayıb ki, Qarabağa səfər edənlər üçün daha uyğun şəraitin yaradılmasında və qaçqın düşmüş vətəndaşların geri qaytarılmasında QMKİDK ciddi fəaliyyət göstərir: “Bu proses “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. QMKİDK Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə qayıtması və reinteqrasiyasında mühüm liderlik və əlaqələndirici rolunu oynayır. Komitənin səyləri Qarabağda və ətraf rayonlarda uzunmüddətli sabitliyə, demoqrafik bərpaya və iqtisadi canlanmaya nail olmaq üçün əsas amil kimi qiymətləndirilir”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47

