/ / BDU və Atırau Neft və Qaz Universiteti arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq müzakirə edilib
BDU və Atırau Neft və Qaz Universiteti arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq müzakirə edilib
02.11.2025 [17:33]
Astanada keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin İdarə Heyətinin sədri – rektoru, professor Gülzada Şakulikova arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər iki universitet arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə innovativ layihələrin reallaşdırılması məsələlərini müzakirə ediblər. Xüsusilə neft-qaz mühəndisliyi, ekologiya, regionun sosial-iqtisadi inkişafı, rəqəmsal transformasiya və təhsil texnologiyaları kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin perspektivləri diqqət mərkəzində olub.
Tərəflər, həmçinin doktorantura səviyyəsində birgə rəhbərlik proqramlarının tətbiqi, birgə elmi məqalələrin hazırlanması, beynəlxalq elmi konfranslarda ortaq çıxışların təşkili, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi kimi istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Rektor Elçin Babayev vurğulayıb ki, BDU Atırau Neft və Qaz Universiteti ilə əlaqələri elmi nəticələrə və praktiki tətbiqlərə yönəlmiş konkret layihələr əsasında inkişaf etdirmək niyyətindədir. O qeyd edib ki, bu əməkdaşlıq təkcə iki universitet arasında deyil, həm də Azərbaycan və Qazaxıstan arasında regional inkişaf, innovasiya və enerji elmləri sahəsində qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək.
Öz növbəsində Gülzada Şakulikova da BDU ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, bu əməkdaşlığın Qazaxıstanın qərb regionu üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin tədqiqi, yaşıl texnologiyaların tətbiqi və Xəzər dənizi hövzəsində ekoloji problemlərin öyrənilməsi sahələrində birgə tədqiqat qruplarının yaradılmasının əhəmiyyətini vurğulayıb.
Gülzada Şakulikova əlavə edib ki, iki universitet arasında gənc tədqiqatçılar və tələbələr üçün birgə yay və qış məktəblərinin, praktiki təlim proqramlarının təşkil edilməsi regionun elmi potensialının inkişafına xidmət edəcək və gələcəkdə Qazaxıstan-Azərbaycan akademik əməkdaşlığının mühüm istiqamətlərindən birinə çevriləcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45

