Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Astarada marketdə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb

Astarada marketdə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb

11.12.2025 [21:35]

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara rayonunun Pensər kəndində Şərafət Mərhəldə qızı Nəcəfovaya məxsus marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və “Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30