Ən qiymətli nemət...
07.04.2026 [08:33]
Sağlam olmaq üçün nə etməliyik?
Sağlamlıq həyatımızda ən qiymətli sərvətlərdən biridir. Çox vaxt bu nemətin dəyərini yalnız onu itirdikdən sonra anlayırıq. Ancaq sağlamlıq elə bir xəzinədir ki, nə pulla alınır, nə də başqa bir şeylə əvəz olunur. Sağlam bədən və sağlam ruh insanın xoşbəxt, enerjili və uğurlu həyat yaşamasının əsas şərtidir. Unutmaq olmaz ki, sağlamlıq sadəcə, xəstə olmamaq demək deyil. Bu, həm də insanın özünü fiziki, psixoloji və sosial baxımdan yaxşı hiss etməsidir. Sağlamlığın qorunması isə təsadüfi deyil, düzgün həyat tərzinin nəticəsidir. Düzgün qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və stressdən uzaq durmaq sağlamlığın əsas sütunlarıdır. Həmçinin mütəmadi tibbi müayinələr də xəstəliklərin qarşısını vaxtında almağa kömək edir.
Yeməkdən yarım saat əvvəl...
Mütəxəssislər də kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir verməyi məsləhət görürlər. Hər bir qidanın isə normadan artıq qəbul edilməsi xoşagəlməz hallara səbəb ola bilər. Bundan başqa, gün ərzində 2-3 litr maye qəbul edilməlidir. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır, yemək əsnasında və qidalanmadan dərhal sonra su içilməməlidir.
Sutka ərzində 10-12 saat yatırsınızsa...
Sağlam olmaq üçün ən azı 4-6 saat dərin yuxunun vacibliyini xüsusilə vurğulayırlar. Mütəxəssislərin qənaətinə görə, sağlam insan üçün 4-6 saat yuxu yetərlidir. Əgər insan sutka ərzində 10-12 saat yatırsa, yaxud səhər tezdən oyananda özünü tam gümrah hiss etmirsə, bu artıq sağlamlıqda olan ciddi problemlərə işarədir. Normal, sağlam, dərin yuxu sağlam olmağın əlamətidir.
Bu saatda idman etməyin...
İnsan orqanizmi saat 06:00-da oyanır. Amin turşuları, hormonlar və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır, lakin şəkər və alkoqoldan uzaq durmaq lazımdır. Ürəyimizin fəaliyyəti isə saat 07:00-da güclənməyə başlayır. Həkimlər bu saatda idman etməməyi və ürəyin yüklənməsinə səbəb olacaq hər hansı fiziki hərəkətə yol verməməyi məsləhət görür.
Yeri gəlmişkən, bu gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fəaliyyətə başlaması ilə əlaqədardır. Belə ki, 1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü ənənəvi olaraq qeyd edilir. Məhz bu gün diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Məsələn, ÜST-nın Avropa bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələrin aparılmasına şərait yaradılır. Eyni zamanda, ÜST-nın prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən mövzular müzakirə edilir.
Hər il 13 milyon nəfər...
ÜST-nın hesablamalarına əsasən, qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.
Ümumdünya Sağlamlıq Gününün məqsədləri sırasına bir sıra məsələlər daxildir: Sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği. Bundan başqa, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret çəkməyin, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma da vacib nüanslardan biridir.
Yaşadığımız dövrün ən böyük problemlərindən biri sağlamlığın vacib ünsürlərinə lazımi diqqət yetirməməkdir. Bu baxımdan insan sağlamlığının müdafiəsini əsas hədəfə çevirən mübariz insanlara ehtiyac var. Sağlamlığa gedən yol isə sağlam həyat tərzi və düzgün qidalanmadan keçir. Gəlin, Ümumdünya Sağlamlıq Günündə sağlam və bərabər dünya üçün birlikdə çalışmaq öhdəliyini üzərimizə götürək. Daim sağlam və gümrah olmağınız diləyi ilə!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45

