Naxçıvan şəhərində 5 nömrəli uşaq bağçası istifadəyə verilib
15.01.2014 [09:35]
Uşaqlara qayğı və diqqət gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xidmət edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında uşaqların təhsil və tərbiyəsinin təşkili, eləcə də məktəbəqədər tərbiyə müəssisələri üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılır.
Naxçıvan şəhərində yeni inşa olunan uşaq bağçası da bu sahədə həyata keçirilən tədbirlərin daha bir nümunəsidir.
Yanvarın 14-də Naxçıvan şəhərində 5 nömrəli uşaq bağçasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov deyib ki, muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Naxçıvan şəhərini də əhatə edib.
Müəllim-tərbiyəçi Sevinc Yusifova uşaq bağçasının istifadəyə verilməsinə görə kollektiv adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov uşaq bağçasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: “Bu gün Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Ölkəmizdə qara qızılı insan kapitalına çevirəcəyik”, - deyən dövlət başçısı təhsilin inkişafına, uşaqların və gənclərin sağlam milli ruhda böyüməsinə xüsusi diqqət yetirir. Son illər ölkəmizdə müasir məktəb binalarının və uşaq bağçalarının istifadəyə verilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi, müəllimlərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması gələcəyimiz olan uşaqların hərtərəfli hazırlanmasına səbəb olmuşdur”.
Ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” müdrik fikrini xatırladan Ali Məclisin sədri deyib: “Uşaqlara qayğı göstərmək, onları himayə etmək gələcəyimizə hesablanmış tədbirlərdir. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqların tərbiyəsi, onlara ilkin biliklərin dərindən öyrədilməsi, məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bu gün istifadəyə verilən uşaq bağçası sakinlərin rahatlığının təmin olunmasına, uşaqların sağlam böyüməsinə və tərbiyələrinin düzgün təşkilinə imkan verəcəkdir”.
Ali Məclisin sədri deyib: “Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uşaqlar qayğı ilə əhatə olunmuşlar. Bu gün muxtar respublikada 17 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da 10-u Naxçıvan şəhərində yerləşir. Hazırda Naxçıvan şəhərindəki uşaq bağçalarında 2100-ə yaxın uşaq tərbiyə alır. Muxtar respublikanın paytaxtında bağçayaşlı uşaqların sayının 10 mindən yuxarı olması nəzərə alınaraq bundan sonra da uşaq bağçalarının tikintisi və yenidən qurulması davam etdiriləcəkdir”.
Ali Məclisin sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb, binanın açılışını edib.
Ali Məclisin sədri uşaqların intellektual inkişafına xidmət edəcək təlim metodlarından istifadəyə üstünlük verilməsi, onların qidalanmasına və sağlamlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Tədbirlər zalında uşaqlar şeir və mahnılar söyləyib, rəqs ediblər.
Ali Məclisin sədri uşaqlarla şəkil çəkdirib.
Binanın həyətində də abadlıq işləri görülüb, əyləncə qurğuları quraşdırılıb, istirahət guşəsi yaradılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54

