Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

26.05.2026 [11:02]

Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

Bu barədə AZƏRTAC-a idarənin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə qeyd olunub ki, paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülər nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etməli, sürət həddinə ciddi riayət etməli və yorğun halda sükan arxasına əyləşməməlidirlər. Bildirilib ki, uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevr qaydalarına əməl etməyi, təhlükəli davranışlardan çəkinməyi və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağı tövsiyə edib.

Qurum piyadalara da müraciət edərək yolları yalnız müəyyən olunmuş yerlərdən keçməyə, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamağa çağırıb.

Unutmayaq ki, təhlükəsiz yol — ən gözəl bayram hədiyyəsidir. Bayram sevincinizi qorumaq isə sizin düzgün seçimlərinizdən asılıdır.

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31