/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş keçirilib
18.01.2014 [08:37]
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş keçirilib. Görüşdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının dövlət himni səslənib. Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən genişmiqyaslı terror aksiyasından söz açıb, faciə zamanı şəhid olan Azərbaycan övladlarının xalqımızın müstəqillik iradəsinin sarsılmazlığını dünyaya nümayiş etdirdiklərini, onların xatirəsinin əbədi yaşayacağını vurğulayıb.
Qeyd olunub ki, faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyevin hər hansı təhlükədən çəkinməyərək ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, həmvətənlərimiz və xarici KİV-lər qarşısında SSRİ rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi qanlı aksiyanı kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi təkrarsız mərdlik və cəsarət, eyni zamanda, xalqa sonsuz bağlılıq nümunəsinə çevrilib.
Görüşdə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi, bu faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Ulu öndərimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışılıb.
20 Yanvar faciəsinin gənclərdə vətənpərvərlik ruhunu, ölkəmizin ərazi bütövlüyü naminə mübarizə əzmini yüksəltdiyini bir gəncin timsalında əks etdirən sənədli filmin nümayişi olub.
İkinci qrup 20 Yanvar əlili Tofiq İbrahimov çıxış edərək, onlara və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar 319 nəfər 20 Yanvar əlilinin və 115 şəhid ailəsinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə ayda 300 manat, 19 yanvar 2011-ci il tarixli Fərmanına əsasən isə 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə, o cümlədən, I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və şəhid ailəsi mənzillə, 58 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib. Eyni zamanda, istedadlı əlillərin iştirakı ilə keçirilən ümumrespublika səviyyəli yaradıcılıq müsabiqələri və idman yarışlarında 20 Yanvar əlillərinin də iştirakı təmin edilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

