Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10.06.2026 [14:36]
Dünyanın bütün şəhərlərində artan isti hava şəraitinin təsirini azaltmaq üçün getdikcə daha çox ağac əkilir. Lakin aparılan araşdırma göstərir ki, təkcə ağaclar çox vaxt bunun üçün kifayət etmir. Bəzi hallarda düzgün seçilməmiş yaşıllıq sahələri isti günlərdə küçələrdə insanların rahatlığını hətta azalda da bilər.
AZƏRTAC xəbər verir ki, alimlər şəhər yaşıllıqlarının insanların açıq havada hiss etdiyi temperatura necə təsir göstərdiyini müəyyən etmək üçün Melburn, Münhen və Honkonqda aparılmış araşdırmaların nəticələrini müqayisə ediblər.
Nəticələr göstərib ki, ağac, kol və bitki örtüyünün birgə yaratdığı çoxqatlı yaşıllıq şəhərləri təkcə ağacların əkildiyi ərazilərdən daha effektiv sərinlədir.Həmçinin müəyyən olunub ki, yaşıllaşdırmanın nə dərəcədə effektiv olmasına yerli iqlim və küçələrin planlaşdırılması əhəmiyyətli təsir göstərir.
Şəhərlər istiliyi özündə saxlayır. Yollar, binalar və asfalt gün ərzində günəş enerjisini udur, sonra isə onu tədricən, xüsusilə gecələr yenidən atmosferə qaytarır. “Şəhər istilik adası” adlanan bu təsir iqlim dəyişikliyi ilə birlikdə şəhərlərdə istinin getdikcə daha güclü və təhlükəli olmasına səbəb olur.
Şəhər yaşıllıqlarının istilik yükünə necə təsir etdiyini daha yaxşı anlamaq üçün müxtəlif iqlim şəraitinə malik üç şəhərdə – mülayim iqlimli Melburnda, daha sərin Münhendə və rütubətli subtropik iqlimə malik Honkonqda araşdırmalar aparılıb.
Alimlər yalnız kompüter modellərinə əsaslanmaq əvəzinə, yay aylarında küçələrdə və yaşıllıq sahələrində real şəraiti tədqiq ediblər. Tədqiqatçılar yaşıllıq olmayan açıq şəhər məkanlarını, yalnız ağacların əkildiyi sahələri və ağac, kol və bitki örtüyündən ibarət çoxqatlı yaşıllıq sahələrini müqayisə ediblər.
Melburnda küçə ağacları boş küçələrlə müqayisədə piyadaların məruz qaldığı istilik şüalanmasını 18 dərəcədən çox azaldıb. Hətta havanın temperaturunun cüzi dəyişdiyi yerlərdə belə kölgəli küçələrdə nəzərəçarpacaq dərəcədə sərin olub.
Çoxmərtəbəli yaşıllaşdırmanın ən böyük təsiri Münhendə qeydə alınıb. Burada ağac, kol və bitki örtüyünün olduğu küçələrdə və yaşıllıq sahələrində günün ikinci yarısında istilik yükü daha açıq məkanlarla müqayisədə təxminən 8 dərəcə aşağı olub.
Honkonqda da yaşıllıq müsbət nəticə verib. Xüsusilə bir-birinə yapışan budaqların yaratdığı kölgə faydalı olub. Lakin rütubətli iqlim soyutma prosesinə təsir göstərdiyindən burada əldə olunan nəticələr daha fərqli olub.
Hər üç şəhərdə bir vacib nəticə ortaya çıxıb: bitki örtüyünün quruluşu böyük əhəmiyyət kəsb edir.
Ağacların kol və bitki örtüyü ilə birlikdə istifadə edilməsi əksər hallarda tək ağaclardan daha yaxşı nəticə verib. Lakin bu yanaşmanın səmərəliliyi yaşıllıq sahələrinin yerli mühitlə necə qarşılıqlı əlaqədə olmasından asılı olub.
Araşdırma göstərir ki, şəhər yaşıllıqları istilik yükünü azaltmağa qadirdir. Bununla belə, bu cür tədbirlərin səmərəliliyi şəhərlərdə yaşıllaşdırmanın necə və harada aparılmasından asılıdır.
Melburnda küçə ağaclarının istilik şüalanmasını azaltmaqda nəzərəçarpacaq təsiri müşahidə olunub, Münhendə çoxmərtəbəli yaşıllaşdırmanın üstünlükləri üzə çıxıb, Honkonqda isə yüksək rütubət şəraitində sıx yaşıllaşdırmanın bəzi hallarda əks nəticə verə bildiyi müəyyən edilib.
Temperaturun yüksəlməsi fonunda yaşayış üçün əlverişli qalmaq istəyən şəhərlərə yerli şərait, ventilyasiya və insanların rahatlığı nəzərə alınmaqla layihələndirilmiş ekoloji cəhətdən rasional yaşıllıq sahələri lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

