Ət mənşəli məhsulların satışına nəzarət gücləndirilib
05.02.2014 [09:18]
Aslan Aslanov: Bakı Şəhər Baytarlıq İdarəsi hazırda gücləndirilmiş iş rejimində işləyir
Məlum olduğu kimi ət və ət məhsulları insanların qidalanmasında əsas yer tutan ərzaq məhsullarından biridir. Eyni zamanda, bu məhsulları alarkən hər bir istehlakçı onun keyfiyyətinə əmin olmaq istəyir. Ancaq kimsəyə sirr deyil ki, istehlakçılar bir çox hallarda ət alarkən onun keyfiyyətinin müəyyənləşdirilməsilə bağlı problemlə üzləşirlər. Öz növbəsində aidiyyəti qurumlar da istehlakçılara ət alarkən ehtiyatlı olmağı məsləhət görürlər.
Həmçinin, mütəxəssislər bildirirlər ki, ət alarkən onun xarici görünüşunə və iyinə diqqət yetirmək lazımdır. Məsələn, köhnə ətin tərkibindəki piyin miqdarı az və tünd rəngli olur. Özünə xas spesifik iyə malik (müvafiq heyvan növü üçün xarakterik), təzə ətin rəngi isə açıq çəhrayıdan tünd qırmızıya qədər olur. Kəsdikdə ət sıx, elastik olmaqla, barmaqla basıldıqda əmələ gələn çökək tez düzəlməlidir. Təzəliyi şübhə doğuran və ya xarab olan ət almaq olmaz. Yəni, solğun, yapışqan, təzə ətə xas olmayan iyi olan ətdən istifadə etmək məsləhət görülmür. Belə ətin istehlakı xəstəlik törədən mikrobların inkişafı üçün əsas mənbələrdən biridir və ərzaq zəhərlənməsinə səbəb ola bilər.
Mütəxəssislər onu da qeyd edirlər ki, küçələrdə satılan ətlərin əksər halda mənşəyi bilinməməklə yanaşı, həm də sanitar və gigiyenik baxımdan çox qüsurlu olur.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, son zamanlar Avropada yaşanan və getdikcə böyüyən ət qalmaqalı Azərbaycan istehlakçılarında da müəyyən narahatlıq yaradıb. Məlum qalmaqal bu fevral ayının əvvəlində İsveçin böyük ərzaq mağazaları şəbəkəsi olan “Findus”un Britaniyada satdığı dondurulmuş lazaniya adlı yeməyin içindəki ətin at əti olduğu aşkar ediləndən sonra başlayıb. Həmin yeməyi Fransanın “Cogel” yemək şirkəti hazırlayıb. Yeməyin içindəki ət məhsulu isə əsasən Fransanın “Spanqero” şirkəti tərəfindən emal edilib. Fransanın istehlak naziri Benoit Hamon deyib ki, Fransa, Hollandiya və Kiprə göndərilən ət məhsullarının izi Rumıniyaya gedib çıxır.
Bəs, ölkəmizdə vəziyyət necədir? Dünyanı bürüyən ət qalmaqalı Azərbaycanda da hansısa fəsadlar törədə bilərmi? Məsələyə münasibət bildirən Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov deyib ki, mövcud vəziyyətlə əlaqədar olaraq Bakı Şəhər Dövlət Baytarlıq müfəttişinin 15.01.2014-cü il tarixli 03 saylı qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq Bakı şəhərində ət qəbulu, tədarükü və topdan satışı obyektlərinin dövlət baytarlıq nəzarətindən kənar, dövlət baytarlıq xidmətində üçota durmadan, baytarlıq-sanitariya qaydalarına əməl etmədən, qeyri-qanuni fəaliyyət göstərməsi, mənşəyi məlum olmayan ət və ət məhsullarının, sümüksüz ətin, farşın və təkdırnaqlı heyvan (at, eşşək) ətlərinin iaşə obyektlərində (restoran, kafe, şadlıq evləri, dönərxana və s.), ticarət mərkəzlərində, marketlərdə, ticarət bazarlarında istifadəsi, satışı və tədarükü qadağan edilib. Şəhərdə baytarlıq nəzarətini gücləndirmək və qeyd olunan qərarın icrasını təmin etmək məqsədilə, əlavə iki əmr də imzalanıb: “Yaranmış vəziyyətlə əlaqədar Bakı Şəhər Baytarlıq İdarəsi hazırda gücləndirilmiş iş rejimində işləyir. Heyvan kəsimi məntəqələrinə, emal müəssisələrinə, iaşə obyektlərinə, heyvan mənşəli məhsulların ticarəti aparılan obyektlərə, bazarlar və yarmarkalara hər gün mütəmadi reydlər keçirilir. Baytarlıq-sanitariya tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, baytarlıq-sanitariya ekspertizasından keçməyən heyvan mənşəli məhsullar, o cümlədən, ət və ət məhsulları satışdan kənarlaşdırılır. Törədilmiş inzibati xətaya görə hüququ və fiziki şəxslərə qanunvericiliyə uyğun cərimə sanksiyası tətbiq edilir”.
Aslan Aslanov, həmçinin, “lakin bütün nöqsanların aradan qaldırıldığını və işlərin yoluna qoyulduğunu iddia edə bilmərik. Məsələ belədir ki, idarənin əvvəlki rəhbərliyi dövründə Bakı Şəhər Baytarlıq İdarəsinin strukturunda, müxtəlif qurumlarında və onların fəaliyyətində müəyyən boşluq, arxayınlıq yaranmışdı. Təsadüfi deyil ki, üzun müddət dövlət baytarlıq nəzarəti həyata keçirilməyən obyektlərdə sahibkarlar qapıları bağlayaraq baytarlıq nəzarətindən yayınmağa çalışırlar. Halbuki, hüquqi və fiziki şəxslər baytarlıq orqanlarının nümayəndələrini içəri buraxmamaqla “Baytarlıq Haqqında” Azərbaycan Respublikası Qanununu kobud sürətdə pozurlar. Qüvvədə olan qanuna görə hər bir sahibkar obyektə gələn dövlət baytarlıq müfəttişləri üçün dövlət baytarlıq nəzarətinin həyata keçirilməsinə şərait yaratmağa borcludur” - deyib.
Hazırda bu istiqamətdə müvafiq işlərin aparıldığını deyən idarə rəisi qeyd edib ki, hüquqi və fiziki şəxslərə qanunun tələbləri izah edilir, onlar arasında maarifləndirmə işləri aparılır: “Yaxın perspektivdə Bakı şəhəri üzrə fəaliyyət göstərən heyvan mənşəli məhsulların istehsalı, tədarükü, emalı, saxlanılması və satışı ilə məşğul olan hüququ və fiziki şəxslərin seminar- müşavirəsini də keçirmək fikrimiz var. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə və digər dövlət qurumlarına müraciətlər olunacaq. Məqsəd “Baytarlıq Haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri, baytarlıq orqanlarının hüquqlarını sahibkarlara izah etməkdir. İdarənin struktur fəaliyyətini daha da təkmilləşdirmək və səmərəli təşkil etmək üçün də təkliflərimiz var. Paytaxt sakinləri əmin ola bilərlər ki, Bakı Şəhər Baytarlıq İdarəsi heyvandarlıq təsərrüfatları, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, satışı, emalı, o cümlədən, ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq nəzarətini bundan sonra da lazımi şəkildə tətbiq edəcək”.
Oktay
Xəbər lenti
Hamısına baxİdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31

