/ / “Sumqayıt 1988: Cinayət və cəza” kitabında ermənilərin Azərbaycanın bu şəhərində törətdikləri kütləvi iğtişaşların səbəb və nəticələri əksini tapıb
“Sumqayıt 1988: Cinayət və cəza” kitabında ermənilərin Azərbaycanın bu şəhərində törətdikləri kütləvi iğtişaşların səbəb və nəticələri əksini tapıb
01.03.2014 [11:40]
Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında Azərbaycan Respublikası Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış “Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prokurorluğu və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunmuş tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılmasının və dünya ictimaiyyətinə təqdim olunmasının ümummilli dövlət maraqlarının strateji əhəmiyyətindən danışıb.
Akademik xüsusi vurğulayıb ki, bu gün dünyanın diqqətinin Qarabağ həqiqətləri və Xocalı soyqırımına yönəldiyi bir vaxtda xalqımıza qarşı əks-təbliğat vasitəsi kimi istifadə olunan Sumqayıt hadisələrinin gerçək üzünün beynəlxalq ictimaiyyətə çatdırılması hüquq mühafizə orqanları işçiləri ilə yanaşı, alimlərin, tarixçilərin, hüquqşünasların da üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan, tədqiqatçı jurnalist-alimlər Ramazan Məmmədov və Eyruz Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən “Sumqayıt 1988: Cinayət və cəza” kitabı xüsusi əhəmiyyətə malikdir.
Təqdimat mərasimində Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd edilib ki, kitabın hazırlanmasının əsas məqsədi Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, müəlliflər hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışıblar.
Rüstəm Usubov deyib ki, uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdikləri terror və digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edib.
Xüsusi vurğulanıb ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələyib və istintaqın hərtərəfli aparılması üçün baş prokurorun birinci müavininin rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxıb, bu hadisələrin əsas sifarişçi və təhrikçiləri Mixail Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilib.
Daha sonra akademik İsa Həbibbəyli, kitabın həmmüəllifləri Ramazan Məmmədov, Eyruz Məmmədov, professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Rafael Hüseynov, Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev və başqaları çıxış edərək kitabın ərsəyə gəlməsinin əhəmiyyətli və eyni zamanda, gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu qeyd etməklə, nəşrin Azərbaycan xalqının və dövlətinin milli maraqlarına xidmət edən əsər olmasını xüsusi vurğulayıblar.
Təqdimat mərasimində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev təmsil etdiyi qurumun, o cümlədən Azərbaycanın xarici diplomatik korpuslarının Sumqayıt hadisələrinin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində həyata keçirdikləri işlərdən ətraflı danışıb.
Təqdimatı keçirilən kitabla bağlı geniş müzakirələr aparılıb, suallar ətraflı cavablandırılıb.
Vurğulanıb ki, bu kitab ölkəmizin müasir tarixini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini tam reallıqları ilə əks etdirir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

