Qəbələdə 31 - mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib
01.04.2014 [09:11]
Qəbələ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət mərkəzində 31 mart-Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə tədbir keçirilib. Öncə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova ermənilərin zaman-zaman Azərbaycan xalqına, türk millətinə, müsəlmanlara qarşı törətdikləri cinayətlərdən danışıb, bu təcavüzün bu gün də davam etdiyini bildirib. Qeyd edilib ki, ermənilər bu gün dünyaya özlərini məzlum bir xalq kimi təqdim etmək istəyirlər: “Amma hər bir kəs bilməlidir ki, Azərbaycana, xalqımıza qarşı ermənilər tərəfindən dəhşətli soyqırımları törədilib. Sovet dövründə tarixin saxtalaşdırılmasına cəhd göstərərək bu hadisələri gizli saxlamağa çalışan ermənilər müəyyən dövrdə öz istəklərinə çatmışdılar. Amma müstəqillik əldə etdikdən sonra, Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində bu soyqırımı əsl qiymətini aldı. 1998-ci ildə Ulu öndər tərəfindən imzalanan Fərmana əsasən 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur”.
Daha sonra Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramil Qəribov geniş məruzə ilə çıxış edib. O, XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qətliamların, vəhşiliklərin tarixindən bəhs açıb. Vurğulanıb ki, xalqımızın qan yaddaşına çevrilən 31 mart heç zaman unudulmayacaq. Natiq bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev ermənilərin törətdikləri bu soyqırımla bağlı həqiqətlərin dünyaya çatdırılmasında böyük işlər görüb və bu gün də həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Tədbirdə Qəbələ rayon Mədəniyyət və turizm şöbəsinin inspektoru Anar Rüstəmli, Təhsil şöbəsinin nümayəndəsi Arifə Bayramova, o cümlədən, ictimaiyyət adından Qüdrət Səmədov və digərləri çıxış ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

