31 mart hadisələri ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətdir
01.04.2014 [09:21]
Qaradağ rayonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Sahil qəsəbəsində azərbaycanlıların soyqırımı ilə bağlı abidə kompleksinin önünə əklil və gül dəstələri qoyub, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı qurbanlarını yad ediblər.
Mərasimdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
1918-ci il martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıblar. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub. Ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan İsmailiyyə binasını yandırıblar. 31 mart hadisələri ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətdir.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirib, evlər qarət edilib, on minlərlə şəxs evlərindən qovulub. Təkcə Bakıda 30 min nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər öldürülüb. Onlardan 1653-ü qadın, 965-i uşaq olub. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilib, cinsindən və yaşından asılı olmayaraq əhaliyə divan tutulub. İrəvan quberniyasında 211, Qarsda isə 92 Azərbaycan kəndi dağıdılıb. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilib ki, qısa zamanda bu şəhərdə və onun ətrafında 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər öldürülüb.
1918-ci ilin mart hadisələrinə ilk dəfə məhz Ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilib. Ümummilli lider 1998-ci il martın 26-da bu soyqırımı ilə bağlı Fərman imzalayıb. Bu Fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd olub.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

