BDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib
01.04.2014 [09:35]
Dünən Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov soyqırımı aktını ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirib, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa sığmayan qanlı əməlləri ilə yadda qaldığını deyib. 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirdiyini, 10 minlərlə insanın yurd-yuvasından didərgin salındığını deyən rektor qeyd edib ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, zamanında baş verənlərə lazımı qiymət verilməmiş, dünyaya çatdırılmamışdı: “Qanlı faciə ilə bağlı ən tutarlı siyasi sənəd 80 il sonra qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin qırğınlarına siyasi qiymət verildi. Hər il 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırımının qurbanlarının xatirəsini ehtiramla anırıq.
Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir, böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla ardıcıl və müntəzəm iş aparılır, 10 illiklər boyu formalaşmış stereotiplər və yanlış siyasi yanaşmalar dəyişdirilməyə çalışılır”.
Daha sonra İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkili Musa Qasımlı çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, dünən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyəti Qubada olub və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22

