Nərimanov rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
05.04.2014 [10:51]
Aprelin 4-də Nərimanov rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda şuranın üzvləri, rayon rəhbərliyi, idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev son illər bütün ölkədə olduğu kimi, Nərimanov rayonunda da aparılan geniş quruculuq və abadlıq işləri, infrastruktur və sosialyönümlü layihələr barədə məlumat verib. O deyib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanda bütün sahələrdə böyük inkişaf prosesləri baş verir.
A.Fərzəliyev iclasın gündəliyində iki məsələnin durduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlanan ölkə əhalisinin ödənişsiz tibbi müayinəsinin həyata keçirilməsi işi Nərimanov rayonunda da uğurla icra olunur.
Bildirilib ki, Prezident İlham Əliyevin əhalinin tibbi müayinəsi ilə bağlı tapşırığı vətəndaşlarımızın sağlamlığının qorunmasının dövlətin sosial siyasətinin əsas prioritetlərindən biri olmasının göstəricisidir. Bu, xəstəliklərin erkən aşkar edilməsi və profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.
Gündəlikdə duran digər məsələ barədə də məlumat verən A.Fərzəliyev qeyd edib ki, Nərimanov rayonunda gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində bir sıra tədbirlər keçirilib.
Birinci məsələ ilə bağlı çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevralın 17-dən mayın 1-dək ölkəmizdə əhalinin tibbi müayinəsi həyata keçirilir. Bu tədbirlər paytaxtın Nərimanov rayonunda da yüksək səviyyədə təşkil olunur. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı rayon İcra Hakimiyyətində aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək səviyyədə təşkil edilməsi və operativ həyata keçirilməsi rayon icra hakimiyyətinin diqqət mərkəzindədir və bu tədbirlər iş cədvəlinə əsasən davam etdirilir. Bildirilib ki, fevralın 17-dən martın 31-dək rayon ərazisindən ümumi olaraq 34 min 402 nəfər tibbi müayinədən keçib. Bu müddət ərzində 4 min 362 nəfər ambulator, 109 nəfər isə stasionar müalicəyə qəbul olunub.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, 2014-cü ilin ilk 3 ayı ərzində dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində bir sıra tədbirlər keçirilib. Məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması məqsədilə “Cəsurlar”, “Şahin” hərbi-idman oyunları, “Vətənin müdafiəsinə hazıram” devizi altında çoxnövçülük yarışları keçirilib, orta ümumtəhsil məktəblərində vətənpərvərlik tərbiyəsinin və milli mənəvi dəyərlərin yüksəldilməsi məqsədilə görüşlər və bir sıra tədbirlər təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

