/ / İkinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisində ən son innovativ məhsullar nümayiş etdirilir
İkinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisində ən son innovativ məhsullar nümayiş etdirilir
11.04.2014 [09:11]
Aprelin 10-da Bakıda ikinci Xəzər Beynəlxalq su texnologiyaları (“CATEC-2014”) sərgisi işə başlayıb.
AzərTAc xəbər verir ki, “CATEC-2014” sərgisi Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir və Azərbaycanın milli su operatoru - “Azərsu” ASC-nin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunur. Sərginin təşkilatçısı qismində isə “Iteca Caspian” MMC çıxış edir.
Əvvəlcə sərgi iştirakçıları Fəxri xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov növbəti dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirib. Səhmdar Cəmiyyətin sədri su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, hazırda Bakı şəhərində, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin ölkənin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirən Q.Hüseynov, layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verildiyini diqqətə çatdırıb.
Səhmdar Cəmiyyətin sədri su texnologiyaları sahəsində belə bir tədbirin keçirilməsinin ölkəmizin su təchizatı sektorunun inkişafına fayda verdiyini bildirib.
ASC-nin sədri “CATEC-2014” sərgisinin texnologiyaların son nailiyyətlərinin nümayiş etdirilməsi, təcrübə mübadiləsi aparmaq baxımından əlverişli məkan olduğunu bildirərək, iştirakçılara uğurlar arzulayıb.
Sərgidə müasir nailiyyətlər, texnologiyalar, eləcə də sənayedə tətbiq olunan və onun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş etdirilir. “CATEC-2014”də 24 ölkədən 79 şirkət məhsul və xidmətlərini göstərir. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiya və tikinti şirkətləri var.
Azərbaycanı bu sərgidə “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Azertexnolayn” MMC, “Grand Motors” MMC, Gəncə cihazqayırma zavodu, “Omicron” MMC, “Unipark” MMC, Sumqayıt Texnologiyalar Parkı və digər müəssisə və təşkilatlar təmsil edirlər.
“CATEC-2014” sərgisi ilə yanaşı, aprelin 11-də ikinci Xəzər Beynəlxalq su texnologiyaları konfransı da keçiriləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

