/ / İsmayıllı rayonunda mütərəqqi iş üsullarına əsaslanan Pilot Məşğulluq Mərkəzi istifadəyə verilib
İsmayıllı rayonunda mütərəqqi iş üsullarına əsaslanan Pilot Məşğulluq Mərkəzi istifadəyə verilib
02.05.2014 [08:42]
Rayonda keçirilən əmək yarmarkasında isə 200-dək boş iş yeri təqdim olunub
Dünən İsmayıllı rayonunda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun müasir dünya təcrübəsindən irəli gələn səmərəli iş üsulları əsasında təmin olunmasına xidmət edən Pilot Məşğulluq Mərkəzinin açılışı olub.
Mərkəzin açılışında iştirak edən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında ölkədə məşğulluq imkanlarının artırılmasının və əhalinin layiqli iş yerləri ilə təmin olunmasının mühüm yer tutduğunu vurğulayıb. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, yeni elmtutumlu iş yerlərinin yaradılması və yeni istehsal üsullarının meydana gəlməsi milli əmək bazarının inkişafına təkan verib.
Ölkəmizdə müasir dövlət quruculuğunun geniş vüsət aldığı şəraitdə nazirliyin fəaliyyət sahələrində də mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalara istinad olunduğunu qeyd edən S.Müslümov, eyni zamanda, məşğulluq xidmətinin fəaliyyətinin səmərəli iş metodları əsasında qurulmasının əsas vəzifələrdən olduğunu bildirib: “Məşğulluq Mərkəzlərinin xidmətlərindən əhalinin daha səmərəli və çevik formada yararlana bilmələri üçün bu xidmətlərin keyfiyyətinin artırılması, işsiz və işaxtaranların əmək bazarına inteqrasiyası, real məşğulluq imkanlarına yiyələnmələri üçün təsirli vasitələrin formalaşdırılması vacibdir. Bununla bağlı olaraq, həmin mərkəzlərin ümumən iş şəraitində, təchizat sistemlərində də məqsədyönlü dəyişikliklər aparılmalı, yüksək səviyyəli informasiya bazası yaradılmalıdır. Məşğulluq Mərkəzləri işaxtaranlar üçün daha əlçatan xidmətlər göstərməlidir. İsmayıllı rayonunda yaradılan pilot mərkəz bu istiqamətdə ilk addımdır”.
Nazir bildirib ki, mərkəz ərazinin əmək bazarını dolğun şəkildə əks etdirən, eləcə də, işsiz və işaxtaranlar barədə məlumatlar yerləşən informasiya bazasına malikdir. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub, peşəyönümü məsləhət və psixoloji adaptasiya xidmətlərinin göstərilməsi, işaxtaranlara iş axtarışı texnologiyalarının aşılanması üçün lazımi kabinələr yaradılıb. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün Əmək birjası xidməti də göstəriləcək.
Sonra S.Müslümov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, tədbirin digər iştirakçıları mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Daha sonra İsmayıllı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş Əmək Yarmarkası keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

