IDEA İctimai Birliyi BMT-nin Ətraf Mühit Proqramında müşahidəçi statusu alıb
24.05.2014 [11:28]
IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi BMT-nin Ətraf Mühit Proqramında (UNEP) akkreditə olunub və bu təşkilat nəzdində müşahidəçi statusu alıb.
Qeyd edək ki, 1972-ci ildə BMT Baş Məclisinin qətnaməsi əsasında yaradılmış UNEP-in məqsədi ətraf mühiti və təbiəti qorumaq, bu istiqamətdə tədbirləri əlaqələndirməkdir. Müxtəlif ölkələrdə 6 böyük regional ofisi fəaliyyət göstərən UNEP Qlobal Ekoloji Fondun həmtəsisçilərindəndir və onun himayəsi ilə hər il dünyada Beynəlxalq Ətraf Mühit Günü qeyd edilir.
Bu təşkilatda müşahidəçi status IDEA-ya UNEP-in hər il keçirilən regional müşavirələrində, eləcə də qurumun sessiyaları zamanı Tamtərkibli komitənin plenar iclaslarında və nazirlər səviyyəsində məsləhətləşmələrdə iştirak etmək, UNEP katibliyi vasitəsilə hökumətlərə məlumatlandırıcı sənəd formasında yazılı hesabatlar göndərmək, UNEP-in müzakirələri zamanı şifahi bəyanatlar vermək və s. səlahiyyətlər verir.
IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətləri barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.
IDEA Azərbaycanda ekoloji layihələrin icrası üçün UNEP-in əsas tərəfdaşıdır. IDEA-nın UNEP ilə əməkdaşlığı nəticəsində 2012-ci il noyabrın 12-dən 16-dək “Yaşıl həftə” layihəsi həyata keçirilib. Layihə çərçivəsində panel müzakirələr, yerli tələbələrlə görüşlər və TUNZA proqramının təqdimatı olub. Bu çərçivədə, həmçinin Beynəlxalq Gənclər Forumu keçirilib. Yerli və beynəlxalq gənclər təşkilatlarının iştirakı ilə keçirilən forumda davamlı inkişaf məsələləri, 2012-ci ilin iyununda keçirilmiş “Rio+20” sammitinin yekunu və daimi əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

