KİVDF Şəmkir rayonunda konfrans keçirib
31.05.2014 [09:39]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə mayın 30-da Şəmkir şəhərində Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün konfrans keçirilib.
Konfransda bu bölgəyə daxil olan rayonlarda fəaliyyət göstərən elektron və çap KİV-lərin təmsilçiləri, eləcə də, yerli vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, Şəmkir rayon ictimaiyyəti və ziyalılarının nümayəndələri daxil olmaqla 300 nəfər iştirak edib. Tədbirə, həmçinin, Bakıda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin baş redaktorları da qatılıblar.
Konfrans “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilib.
Fondun icraçı direktoru Vüqar Səfərli və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov konfransda açılış nitqi ilə çıxış edərək, KİV-lərlə yerli icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti yönündə fikirlərini bölüşüblər.
Bundan sonra KİVDF-nin ekspertləri “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edərək, İnformasiya əldə etmək haqqında qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlüklərdən bəhs ediblər.
Konfransda, paytaxtda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV-lərin rəhbərlərindən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışıblar.
Şəmkir rayonunda fəaliyyət göstərən “Şəmkir” qəzetinin baş redaktoru İlyas Qasımov, Qazax rayonunda nəşr edilən “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayılov, Gədəbəy rayonunda nəşr edilən “Qızıl Gədəbəy” qəzetinin baş redaktoru Əsədulla Cəfərov, Şəmkir Regional QHT təlim və resurs mərkəzi İB-nin sədri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev mövzu ətrafında fikirlərini bölüşərək belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda Fondun icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin inkişafı üçün Fondun nəzərdə tutduğu layihələr barədə də məlumat verib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11

