/ / Bu il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını 17 bakalavr və 11 magistr fərqlənmə diplomu ilə bitirib
Bu il M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını 17 bakalavr və 11 magistr fərqlənmə diplomu ilə bitirib
18.07.2014 [09:57]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında növbəti məzun buraxılışına həsr olunan mərasim keçirilib.
Dünyanın nüfuzlu ali təhsil ocaqlarından sayılan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının 102 məzunu unudulmaz anlar yaşayıb.
AzərTAc xəbər verir ki, mərasimdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva bu ali məktəbdə artıq üçüncü ildir bakalavr və ilk dəfədir magistrlər buraxılışının qeyd edildiyini bildirib.
Rektor məzun gününü universitetin həyatında əlamətdar hadisə adlandırıb, ali məktəbi 17 bakalavrın və 11 magistrin fərqlənmə diplomu ilə bitirdiyini vurğulayıb. Məzunların dünyada şöhrət qazanan universitetin diplomuna sahib olacaqlarını bildirən N.Paşayeva həmişə olduğu kimi, məzun günündə də ali təhsil ocağında qonaqların iştirak etdiyini diqqətə çatdıraraq diplomları təqdim etmək üçün onları səhnəyə dəvət edib.
Rektor məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onların Azərbaycanın rifahı naminə çalışacaqlarına əminliyini bildirib.
Bakı filialının rəhbəri hazırda vacib layihə üzərində iş aparıldığını da qeyd edib. Diqqətə çatdırıb ki, yaxın vaxtlarda Oksford Universitetində Nizami Gəncəvi Elmi Mərkəzi fəaliyyətə başlayacaq. AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva hazırda Bakı filialında 5 fakültənin-kimya, riyaziyyat, filologiya, psixologiya və iqtisadiyyat fakültələrinin fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, bu günədək M.V.Lomonosov adına Moskva Dövlət Universitetindən 1200-dən çox müəllim bu dünya şöhrətli ali məktəbin Bakı filialında dərs deyib.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək üçüncü dəfədir Bakı filialında məzun günündə iştirak etdiyini söyləyib. Bu filialın açılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladan səfir universiteti Rusiya və Azərbaycanın birgə uğurlu layihəsi kimi dəyərləndirib, hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.
Məzunlar çıxış edərək universitetdə tələbələr üçün gözəl mühitin yaradıldığını və bunun sayəsində gənclərin təhsildə daha yüksək nəticələr əldə etdiklərini, burada bir ailə kimi yaşadıqlarını söyləyiblər. Məzunlar onlara daim dəstək olan universitetin rəhbərliyinə, müəllim və valideynlərinə minnətdarlıqlarını bildiriblər.
Sonra məzunların ənənəvi andı səslənib, beynəlxalq tələbələr himni ifa edilib. Məzunlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi fəxri adını ləyaqətlə daşıyacaqlarına söz veriblər.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35

