Azərbaycanda “Eko rəsm gündəliyi-2014” Beynəlxalq müsabiqəsinin milli mərhələsi başlanıb
10.09.2014 [09:53]
Azərbaycan məktəbliləri arasında “Eko rəsm gündəliyi-2014” (“Eco Picture Diary 2014”) Beynəlxalq müsabiqəsinin milli mərhələsi başlanıb.
AzərTAc xəbər verir ki, bu münasibətlə sentyabrın 9-da Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində yarışmanın elan olunması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva açaraq layihənin əhəmiyyətindən danışıb.
Sonra Bakı şəhərindəki Heydər Əliyev Mərkəzinin, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin və Yaponiyanın “Panasonic” şirkətinin MDB üzrə nümayəndələri çıxış edərək həyata keçirilən bu beynəlxalq layihədə Azərbaycan məktəblilərinin uğurlu iştirakından danışıblar və builki müsabiqənin şərtləri barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan 2013-cü ildən bu müsabiqəyə qoşulub. Yerli məktəblilər UNESCO-nun himayəsi altında, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Panasonic Marketinq MDB”-nin dəstəyi ilə bu yarışmada iştirak edirlər.
Gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılması və ekoloji problemlərin həllinə yönələn fəaliyyətə uşaqların cəlb olunması məqsədilə həyata keçirilən layihənin təqdimatı zamanı qeyd edilib ki, müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edir. Sentyabrın 15-16-da şagirdlərə 5000 ədəd xüsusi “Eko Gündəlik” paylanacaq.
Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaş arası) və orta (12-15 yaş arası) yaş qruplarını təmsil edən şagirdlər iştirak edəcəklər. İştirakçılar 3 gün ərzində “Eko Gündəlik”də ekologiyaya dair rəsm çəkməli və onun ideyasının qısa təsvirini mətndə əks etdirməklə sentyabrın 25-dək təhvil verməlidirlər.
Tədbirdə o da bildirilib ki, təqdim edilən “Eko Gündəlik”ləri İDEA İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin, Təhsil Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, UNESCO-nun, “Panasonic Marketinq MDB”-nin, KİV və QHT-lərin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirəcək. Final mərhələsinə vəsiqə alan 20 (hər yaş qrupu üzrə 10 nəfər) nəfər mükafatlandırılacaq. Finalçılardan bir nəfər milli qalib elan olunacaq və onun “Eko Gündəliy”i beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bununla da bütün ölkələrin milli qalibləri arasında ən yaxşı “Eko Gündəlik”lər seçiləcək.
Diqqətə çatdırılıb ki, artıq 6 ildir keçirilən və 50-dən çox ölkənin iştirak etdiyi yarışmanın keçənilki milli mərhələsində 3032 məktəbli iştirak edib və Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanov milli qalib seçilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

