Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır
21.10.2014 [10:00]
“Azərenerji”də energetiklərin peşə bayramı qeyd edilib
“Azərbaycanda energetika sahəsinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1981-ci ildə, hələ respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə, oktyabr ayının 20-də Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci bloku istismara verildi. Bu hadisə ilə əlaqədar olaraq indi 20 oktyabr hər il təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur. Ümummilli liderimizin xalqımıza bəxş etdiyi töhfələr sırasında xüsusi yeri, çəkisi olan “Azərbaycan” İES bu gün də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyinin birinci dövründə yaradılmış potensial hesabına artıq 1980-ci illərdən etibarən Azərbaycan nəinki özünü elektrik enerjisi ilə tam təmin edə bildi, həmçinin, qonşu respublikalara da elektrik enerjisi ixrac etməyə başladı. Məhz həmin illərdə Azərbaycanda hər kəndə, hər evə elektrik xətti çəkildi. Heydər Əliyev ölkəmizi və xalqımızı, sözün həqiqi və məcazi mənasında, işıqlığa çıxardı”. Bu fikirləri “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev 20 oktyabr - Energetika Günü münasibəti ilə təşkil olunan mərasimdə çıxışı zamanı bildirib. Tədbirdə energetika naziri Natiq Əliyev, AMEA-nın vitse-prezidenti Arif Həşimov, energetika fakültəsinin tələbələri iştirak ediblər.
E.Pirverdiyevin sözlərinə görə, məhz həmin illərdə ölkədə yaradılan generasiya gücləri hesabına bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. “Prezident İlham Əliyevin energetika sahəsinə ayırdığı diqqət və qayğının nəticəsində son illərdə ölkəmizdə onlarla yeni-yeni elektrik stansiyaları və yarımstansiyalar tikilərək istifadəyə verilib. Respublikamızın elektrik enerjisinə olan tələbatı tam şəkildə ödənilib. İndi respublikamız qonşu ölkələrə elektrik enerjisi ixrac etməkdədir. Qarşıdakı illərdə ölkəmizdə daha bir neçə iri elektrik stansiyasının istismara verilməsi planlaşdırılır”, - deyə E.Pirverdiyev bildirib.
“Enerji problemini həll etmədən ölkədə nə işsizlik, nə yoxsulluq problemini həll etmək mümkündür. Bu gün enerji probleminin həlli dünya dövlətləri üçün ən ümdə vəzifələrdən biridir. Dövlət başçılarının görüşlərində gündəlikdə duran məsələlər sırasında enerji məsələləri ilk sırada yer alır. Dünyada baş verən münaqişələrə diqqət yetirsək, bunun məğzində də, məhz enerji məsələsinin, enerji mənbələrinə sahib olmağın dayandığının şahidi olarıq. Sevindirici haldır ki, Azərbaycanda bu gün enerji təminatı sahəsində heç bir maneə yoxdur və bu problemin həllinə hələ Ulu öndər Heydər Əliyev respublikamıza birinci dəfə rəhbərlik etdiyi illərdə nail ola bilmişdi”. Bu fikri isə energetika naziri Natiq Əliyev tədbirdə çıxışı zamanı səsləndirib. O qeyd edib ki, İlham Əliyev dövlət başçısı seçildikdən sonra respublikamızın enerji potensialının daha da artırılması sahəsində xeyli işlər görülüb, əlavə generasiya gücləri istifadəyə verilib. “Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə energetika sahəsində tədbirlər planı, yeni proqram işlənilib hazırlandı. Bu gün biz əminliklə deyə bilərik ki, ölkəmizin enerji təhlükəsizliyi tam şəkildə təmin olunub. Bu gün biz Avropanı təbii qazla təmin etməyə başlamışıq. İnanıram ki, gün gələcək və biz Avropaya elektrik enerjisi də ixrac etməyə başlayacağıq. O gün çox da uzaqda deyil”, - deyə nazir vurğulayıb. O, daha sonra Prezident İlham Əliyevin energetiklərə daim diqqət və qayğı göstərdiyini, hər il peşə bayramı ərəfəsində onlarla energetikin dövlətin müxtəlif fəxri adları ilə təltif olunduğunu bildirib. Tədbirin davamında AMEA-nın vitse-prezidenti Arif Həşimov energetiklər adından ölkə Prezidentinə ünvanlanan müraciəti səsləndirib. Sonra energetika naziri Natiq Əliyev və “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərərək energetika ixtisasına qəbul olunan tələbələrə qiymətli hədiyyələr təqdim ediblər. Tədbirdən sonra tələbələrin ölkəmizin enerji potensialı ilə yaxından tanış olmaq məqsədilə Sumqayıt şəhərindəki elektrik stansiyalarına səfərləri təşkil olunub.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20

