Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclər “Müstəqillik yollarında”

Gənclər “Müstəqillik yollarında”

15.11.2014 [11:23]

Gənclik ömrün səhər çağıdır, deyiblər. Gəncliyin inkişafına geniş üfüqlər açılan ölkəmizdə həyat gəncləri fəaliyyətə səsləyir.
Noyabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında təşkil olunan Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Müstəqillik yollarında” adlı bayram tədbiri də bu cəhətdən təqdirəlayiqdir.
AzərTAc xəbər verir ki, bu əlamətdar günlərlə bağlı tədbir muzey və Təhsil Nazirliyinin, Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə təşkilatçılığı ilə keçirilib.
Bayram tədbirində Yaradıcılıq Evinin dərnək üzvləri, Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Bakı Kompyuter Kollecinin tələbələrinin çıxışları dinlənilib, onların ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.
Böyük maraq doğuran çıxışlarda Azərbaycan haqqında, vətənpərvərlik mövzusunda şeirlər, Ulu öndərə həsr olunmuş mahnılar səsləndirilib.

Paylaş:
Baxılıb: 932 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30