Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 7 yaşlı Mədinə Daşdəmirova Dövlət Bayrağı Günü münasibətilə keçirilən şahmat turnirinin qalibi olub

7 yaşlı Mədinə Daşdəmirova Dövlət Bayrağı Günü münasibətilə keçirilən şahmat turnirinin qalibi olub

15.11.2014 [10:51]

7 yaşlı Mədinə Daşdəmirova daha bir şahmat yarışında böyük uğura imza ataraq I yerin qalibi olub. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş təsnifat turnirində qızlar arasında keçirilən şahmat yarışında Mədinə Daşdəmirova bütün rəqiblərini geridə qoyaraq qələbə qazanıb və birinci yerin sahibi olub.
Ən kiçik yaşlı iştirakçı olmasına baxmayaraq, Mədinə Daşdəmirova yarışda nümayiş etdirdiyi yüksək mübarizə əzmi ilə fərqlənərək iştirakçılar və yarış kollektivi arasında böyük rəğbət qazanıb. O, keçirilən oyunlarda öz istedadını böyük ustalıqla nümayiş etdirərək I yeri əldə etdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və qızıl medalla təltif olunub.
NARDAR

Paylaş:
Baxılıb: 945 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30