Avropalı media ekspertləri və jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar
19.11.2014 [10:05]
Dünən Mətbuat Şurasında (MŞ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvətilə ölkəmizdə səfərdə olan Almaniya və Böyük Britaniya jurnalistləri və media ekspertləri ilə görüş keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qonaqlara təmsil olunduğu qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
O bildirib ki, Mətbuat Şurasının əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir: “Bu istiqamətdə həyata keçirilən ən mühüm iş müxtəlif vətəndaş qruplarının kütləvi informasiya vasitələrində dərc olunmuş materiallarla bağlı şikayətlərinin araşdırılmasıdır. Şura, eyni zamanda, söz və ifadə azadlıqları, jurnalist peşəkarlığının artırılması məsələlərinə önəm verir. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla da intensiv əməkdaşlıq edirik”.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın komissiyalarının fəaliyyəti barədə söhbət açıb. O, həmçinin, Azərbaycan mediasındakı bəzi xarakterik cəhətlərə diqqət çəkib.
MŞ İdarə Heyətinin digər üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət çıxışında Azərbaycan həqiqətlərinin dünya mediasında yayılması ilə əlaqədar bəzi mənfi meyillərdən danışıb, belə halların aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlığın zəruriliyini önə çəkib.
Berlində fəaliyyət göstərən Humbolt Universitetinin AvroQafqAsiya Təşkilatının nümayəndəsi Yeva Mariya Aux Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı məqsədilə ölkəmizdə olduqlarını bildirib. Xanım Aux ümumən Avropa mediasında Dağlıq Qarabağ həqiqətlərinə münasibətdəki tendensiyalardan danışaraq bildirib ki, Azərbaycanla əlaqədar materiallar üçün başlıca cəhət balansın gözlənilməməsidir. O, bu baxımdan Almaniya mediasındakı xarakterik cəhətləri sadalayıb və hesabatda belə məqamlara elmi nöqteyi-nəzərdən sistemli şəkildə yanaşıldığını vurğulayıb.
Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin təmsilçisi Qalina Yemelyanova tədqiqat işinin Britaniya mediası ilə əlaqədar istiqamətindən bəhs edib. O, xüsusən də Xocalı həqiqətlərinə yanaşmada bu ölkə KİV-lərinin balanslaşdırılmış xətt tutmadıqlarına dair müəyyən məqamların olduğunu açıqlayıb.
Görüşdə Almaniyanın ARD radiosunun əməkdaşı David Qössmanın və müstəqil jurnalist Birgit Vezzelin Mətbuat Şurasının fəaliyyəti, eləcə də Azərbaycan mediası ilə bağlı sualları cavablandırılıb. Müzakirələrin gedişində Azərbaycanın zaman-zaman ikili standartlar siyasətindən zərər çəkdiyi qeyd edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatların mövcud istiqamətdəki xoşagəlməz təmayüllərin aradan qaldırılmasında əsaslı rol oynayacağına əminlik ifadə olunub.
Qeyd edək ki, görüşdə, həmçinin, Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin azərbaycanlı təmsilçisi Kəmalə İmranlı-Louv və Humbolt Universitetinin AvroQafqAsiya Təşkilatının azərbaycanlı nümayəndəsi Ziya Qazıyev də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

