Gəncə Avtomobil Zavodu 10 illiyini qeyd edir
05.12.2014 [09:57]
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, lakin SSRİ-nin süqutu nəticəsində inşası yarımçıq qalan Gəncə Avtomobil Zavodu yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra fəaliyyətə başlaya bildi. 2004-cü ilin dekabr ayında Rusiyanın Naberejni Çelnı şəhərindəki avtomobil zavodu ilə müqavilə bağlayaraq kiçik tutumlu avtomobillərin istehsalına başlayan müəssisə sonralar Belarus Respublikasının “Belarus” traktor zavodu, Almaniyanın “Haller” şirkəti ilə əlaqələr qurdu. Ötən müddət ərzində zavod “OKA” avtomobillərinin, müxtəlif markalı traktorların, eləcə də “MAZ” markalı avtomobillərin, ekskavator, asfaltkəsən, qartəmizləyən, avtokran, traktor qoşqusu və məişət tullantılarını yığan avtomaşınların istehsalını mənimsədi.
AzərTAc xəbər verir ki, bütün bunlar barədə zavodun fəaliyyətə başlamasının 10 illiyi münasibətilə müəssisədə keçirilən tədbirdə səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qazanılan uğurlara görə müəssisənin kollektivini təbrik edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu zavodun inkişafına diqqət və qayğısından danışıb.
Zavodun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev kollektivi təbrik edərək, müəssisənin perspektiv planlarından söhbət açıb.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç tədbirdə çıxış edərək ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində Gəncə Avtomobil Zavodunun rolundan danışıb və bu əməkdaşlığın genişləndirilməsi üçün qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Belarus Traktor Zavodu ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın genişləndirilməsində göstərdiyi fəallığa görə səfir Nikolay Patskeviçə fəxri diplom təqdim edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 21 noyabr tarixli Sərəncamı ilə təltif olunmuş zavodun bir qrup işçisinə “Tərəqqi” medalları, həmçinin Fəxrəddin Süleymanova “Əməkdar Mühəndis” diplomu təqdim olunub. Zavodun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyevə isə Belarus Respublikası Parlamentinin fəxri fərmanı verilib.
Sonda toplantı iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

