“Azercell” jurnalistlər üçün “Mobil Media” mövzusunda 2 günlük təlim keçib
13.01.2015 [09:31]
Fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələri yaradan Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” jurnalistlər üçün növbəti peşəkar təlim təşkil edib. Çap və internet mediası, həmçinin, elektron KİV nümayəndələrinin iştirak etdiyi ikigünlük təlim jurnalistlərin Mobil Media sahəsində biliklərinin artırılmasına yönəlib. Təlimlər Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meysonun iştirakı ilə keçib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşan Den Meyson Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və bir sıra Avropa ölkələrində də təlimlər keçib. O, 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda fəaliyyət göstərib. “Azercell”in təşkil etdiyi budəfəki təlimdə Den Meyson iştirakçılara “Google” axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edib. İştirakçılar saytların işlənib hazırlanması veb-sayt və bloqa nəzarət, fotoşəkillərin çəkilməsi və redaktə edilməsi və bir sıra yeni bilgilər əldə ediblər. Təlimin sonunda jurnalistlərə “Azercell” tərəfindən sertifikatlar təqdim olunub.
Xatırladaq ki, “Azercell” tərəfindən indiyədək jurnalistlər üçün bir sıra təlimlər təşkil olunub. Bundan əlavə, şirkət jurnalistlərin hərtərəfli inkişafı üçün müxtəlif layihələr də həyata keçirib. Artıq 6 ildir ki, jurnalistlərin inkişafına kömək məqsədilə onlar üçün ingilis dili kursları təşkil olunmaqdadır. “Azercell” yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - “Mediacell” tarifini hazırlayıb. Hazırda “Azercell”in təklifləri sırasında “Mediacell” ən populyar paketlərdən biridir. Sonda məlumatda qeyd olunur ki, “Azercell Telekom” hər zaman olduğu kimi, bundan sonra da Azərbaycanda mətbuatın inkişafına öz dəstəyini göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

