/ / Daşkəsən rayonunda “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Daşkəsən rayonunda “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
11.04.2015 [11:37]
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın layihəsi əsasında I “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Daşkəsən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün ərazisini əhatə edən ağacəkmə kampaniyası davam etdirilir. Dünən Daşkəsən rayonunda növbəti kütləvi ağacəkmə aksiyası keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin iştirakı ilə Daşkəsən rayonunun girişində, Bayraq meydanı ərazisində və Gəncə-Daşkəsən avtomobil yolunun kənarlarında müxtəlif növ min ədəd ağac əkilib. Aksiyaya rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, ziyalılar, rayonun idarə, müəssisə və təşkilat kollektivləri, ictimaiyyət nümayəndləri, həmçinin, sakinlər qatılıblar.
Rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, bu ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd ərazidə yaşıllıq zolaqlarını bərpa etmək, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirilməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev xüsusilə vurğulayıb ki, getdikcə daha geniş vüsət alan bu işlər sayəsində Daşkəsən ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilməkdədir. Ümumiyyətlə, Daşkəsən rayonuna yay aylarında istirahətə gələnlərin sayının çox olmasına görə də ərazidə yaşıllaşdırma işlərinin aparılması böyük əhəmiyyət kəsb edir.
Marafon çərçivəsində rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün xüsusi təyin olunan sahələrdə ərazinin relyefi nəzərə alınaraq bu günə qədər ümumilikdə 4000-dək müxtəlif növ ağac əkilib və marafon çərçivəsində 6 mindən çox ağacın əkilməsi nəzərdə tutulur. Daşkəsən rayonunda yaşıllıqların sayının artırılması istiqamətində keçirilən ağacəkmə kampaniyası davam edir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

