Erməni yalanlarını ifşa edən kitabların ingilis dilində nəşrinin təqdimatı olub
24.04.2015 [10:01]
Dünən Azərbaycan Dillər Universitetində (ADU) görkəmli tarixçi, şair və rəssam, musiqişünas alim Mir Möhsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlının “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı kitablarının ingilis dilində nəşrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, universitetin ingilis dili üzrə tərcümə kafedrasının dosenti Fialə Abdullayeva, AMEA-nın Dünya Siyasəti İnstitutunun böyük elmi işçisi Rahil Nəcəfov nəşr olunan kitabların əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, bu gün bütün dünyanı aldatmağa çalışan ermənilərin əslində özləri azərbaycanlılara və türklərə qarşı soyqırımı həyata keçiriblər.
Sonra Milli Məclisin deputatı, Əməkdar jurnalist Sahib Alıyev deyib ki, hər iki kitabın təqdimatının ermənilərin qondarma “soyqırımı”nın, qardaş Türkiyə xalqının isə Çanaqqala zəfərinin 100 illiyini qeyd etdiyi ərəfədə keçirilməsi önəmlidir. O vurğulayıb ki, “erməni məsələsi”nin hazırda dünyada bu qədər səs-küy salması səbəbsiz deyil. “Soyqırımı” iddialarının dünyada yayılmasında ermənilərin özlərindən çox maraqlı olan qüvvələr var.
Təqdimatın bədii hissəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovun hazırladığı “Çanaqqala 100: Qardaş köməyi” sənədli filminin və “Çanaqqala türküsü” klipinin təqdimatı keçirilib.
Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Çanaqqala döyüşü Birinci Dünya müharibəsinin ən mühüm tarixi hadisələrindən idi. Çünki qarşıya Türkiyənin bölünməsi məsələsi qoyulmuşdu. Məqsəd İstanbulun, Bosfor, Dardanel boğazlarının, daha sonra Osmanlı imperiyasının tərkibində neftlə zəngin ərazilərin ələ keçirilməsi idi. Tarixçilər bu döyüşdə türklərin və Qafqaz müsəlmanlarının iştirakını düzgün araşdırmalıdırlar.
“ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Çanaqqala döyüşünün türk xalqlarının birliyini, mərdliyini bir daha sübut etdiyini söyləyiblər.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33

