/ / “Bizim bir Vətənimiz var - Azərbaycan və bir əqidəmiz var - dövlətimizə sədaqət və xalqımıza xidmət”
“Bizim bir Vətənimiz var - Azərbaycan və bir əqidəmiz var - dövlətimizə sədaqət və xalqımıza xidmət”
28.04.2015 [09:57]
Müsahibimiz Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğludur.
- Mir Mövsüm Ağa ziyarətgahının yaradılması fikri və bu gözəl məkanın ərsəyə gəlməsi, bugünkü fəaliyyəti ilə bağlı danışmanızı istərdik.
- Xalq arasında “Ətağa” adı ilə tanınan Ağa Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə 1950-ci ildə dünyasını dəyişib və gördüyünüz bu məkanda torpağa tapşırılıb. 90-cı illərin əvvəllərində Ağanın ailəsinin icazəsi ilə qəbir üstündə tikinti işlərinə başladım. Hörmətli Hacı Şərif və Tahir Quliyev də bu işdə mənə çox kömək oldular. Mən yeddi il ziyarətgahın tikilməsində fəhlə kimi işlədim. İki ildən sonra fədakar adamların səyi ilə, nəzir gətirən zəvvarların vəsaiti hesabına bu gördüyünüz əzəmətli abidə yarandı. Biz qarşıya belə bir məqsəd qoyduq ki tikintilər, memarlıq ünsürləri, ifrat təmtəraqdan uzaq, sadə, gözəl və əzəmətli, Ağa Seyid Əlinin xatirəsinə layiq olmalıdır. Və çox şükür ki, buna nail olduq. 1995-ci ildə Novruz bayramı ərəfəsində Seyidin türbəsinin açılış mərasimi oldu və o gündən bu məkan müqəddəs bir ocaq kimi insanların daha rahat istifadəsinə verildi.
- Bilirik ki, bu ziyarətgaha təkcə Azərbaycandan deyil, digər ölkələrdən də ziyarətə gələnlər var, siz bunun səbəbini nədə görürsünüz?
- Ağa Seyid Əli haqqında çoxlu əfsanələr, şahidlərin xatirələri vardır. Bu xatirələri danışanlar arasında təkcə müsəlmanlar deyil, hələ o zamandan beynəlmiləl şəhər olan Bakının müxtəlif dinlərə və millətlərə məxsus olan vətəndaşları da var. Seyidin yaşadığı o müqəddəs məkana Ulu öndərimiz Heydər Əliyevin öz anası ilə ziyarətə gəldiyi də bizlərə məlumdur. Bunu Ulu öndər Seyidlə bağlı xatirələrində dilə gətirib. Bu ziyarətgaha Prezidentimiz İlham Əliyev və xanımı, mərhəmətli xeyriyyəçi insan Mehriban xanım da dəfələrlə gəlib ziyarətlərini ediblər. Ziyarətgahımızın ən dəyərli nəzirini də bu ocağa Mehriban xanım bağışlayıb. Ağanın rəsminin əks olunduğu möhtəşəm xalça ziyarətgahın bəzəyi, Ağanın ruhuna ehtiramın ifadəsidir. Sizə deyim ki, bu şəfalı və Allahın böyük inayət etdiyi qəbri, hətta Pyer Rişar və Jan Klod Van Dam kimi dünya ulduzları da ziyarət edib.
- Ziyarətgahda toplanan nəzirlər nəyə sərf olunur?
- Ziyarətgahda insanlar üçün hər şey pulsuzdur. Ziyarətgahın 100 nəfər uzaq yerlərdən gələn ziyarətçini qəbul etmək və gecələməsini qarşılamaq üçün pulsuz mehmanxanası var. Burada yaradılan, qurulmuş və qurulan nə varsa, Seyidin vəsaiti, camaatın nəziri və ianəsi hesabına əmələ gətirilir. Əgər insanlar dünyadan getmiş kiminsə ruhuna Yasin oxutdurmaq istəsələr, bu, pulsuz yerinə yetirilir. Və ya “Qurbangah”da qurban kəsdirmək istədikdə, qoyunun kəsilməsi, dərisinin soyulması, içalatın çıxarılıb yuyulmasından tutmuş, ətin doğranmasına qədər bütün xidmətlər pulsuz yerinə yetirilir. Bütün bu xidmətlər üçün heç bir vəsait ödənmir.
Ziyarətgahda bütün Azərbaycan xalqının əməyi var. Bu kompleksi tikərkən heç kəsdən fərdi yardım almamışıq. Bura Azərbaycanın hər bir məkanından ziyarətə gəlirlər və ziyarətgah bütün Azərbaycan xalqının əməyi hesabına tikilir. Ona görə də, burada bütün xidmətlər xalq üçün pulsuzdur.
Hazırda Mir Mövsüm Ağa adına gələn nəzirlərin hesabına yüzlərlə insana maddi yardım olunur və onlar hər ay bu müqəddəs ocaqdan öz paylarını alırlar. Xeyriyyəçilik bununla bitmir. Seyid Ağa adına yığılan nəzirlərdən bu günə qədər neçə-neçə gənc ailənin təməli də qoyulub, onlara el adətincə toy edilib. Ağa adına gələn hər bir nəzirin öz ünvanı var. Xalçalar, yun yorğanlar gətirirlər, bunları hərbi hissələrə, ailə quranlara veririk. Qızıllardan da yeni ailə quranlara veririk. Bunlar xalq tərəfindən Ağa adına gələn nəzirlərdir və ehtiyacı olan insanlara da verilməlidir.
Ziyarətgaha müraciət edən əlsiz-ayaqsızlara, imkansız şəxslərə yardım olunub, əlillərə, korlar cəmiyyətinə, mədəniyyət işçilərinə, sağlamlığını itirmiş şəxslərin xaricdə müalicə olunmasına, ümumiyyətlə, hər kəsə maddi yardımlar edilir və hər bir müraciət sənədləşdirilir. Ziyarətgah hər il 12 min manat dövlət vergisi ödəyir. Eyni zamanda, bütün dini bayramlarda, mövlud günlərində ziyarətgahda böyük ehsan süfrələri verilir.
Hazırda ziyarətgahda yüz nəfərdən artıq insan daimi çalışır. Onlar bizlərdən maddi köməklik istəməyib. İş istəyiblər, biz də Ağaya gətirilən nəzir-niyazın hesabına onlara məvacib veririk.
- Rəhbərlik etdiyiniz ziyarətgah Zaqatalada qəzalı vəziyyətdə olan bir məscidin təmirini həyata keçirir. Xahiş edirik, bu haqda ətraflı məlumat verəsiniz.
- Hörmətli akademikimiz, Dövlət müşaviri Kamal Abdullayev vasitəsilə Zaqatala rayonunun Əliabad kəndində ingiloyların ibadət etdiyi tarixi bir məscidin qəzalı vəziyyətdə olduğundan xəbər tutdum. Ziyarətgahın bu məscidin təmirinə yardımçı ola biləcəyini Kamal müəllimin diqqətinə çatdırdım və hörmətli Kamal müəllim də buna çox sevindiyini bildirdi. O məsciddə ibadət edən insanlar bizim din qardaşımızdır və hamımızın vətəni olan Azərbaycanın vətəndaşlarıdır, soydaşlarımızdır. Biz ziyarətgahda toplanan nəzirlərin hesabına o məscidin təmirinə maddi yardım göstərdik. Kamal müəllimin, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin və məscid əhlinin iştirakı ilə elə həmin qəzalı vəziyyətdə olan məscidin həyətində toplandıq. Biz Mir Mövsüm Ağa ziyarətgahı olaraq maddi dəstəyimizi, ziyarətgaha bağışlanan xalçanı və ziyarətgahımızın çap etdirdiyi müqəddəs “Quran-i Kərim” kitablarını onlara hədiyyə etdik. İnsanların, kənd ağsaqqallarının, ziyalıların bu yardımlaşma üçün Ağanın ruhuna oxuduğu rəhmət bizlərin ən gözəl mükafatımız oldu.
- Sizin gördüyünüz bu işlər tolerantlığı və multikulturalizmi vacib siyasi istiqamətə çevirmiş dövlətimizin atdığı addımlara ən gözəl töhfədir.
- Doğrudur, bu gün ölkə rəhbərimiz, Prezident İlham Əliyev hər bir vətəndaşımıza, hər bir dinin və məzhəbin nümayəndəsinə eyni münasibəti göstərir. Biz də cənab Prezidentimizdən nümunə götürərək xalqın ziyarətgaha toplanan hədiyyələrini, nəzir-niyazını xalq üçün sərf edirik. Bizim bir Vətənimiz var - Azərbaycan və bir əqidəmiz var - dövlətimizə sədaqət və xalqımıza xidmət.
- Ziyarətgah daha hansı xeyriyyə işlərini görməyi planlaşdırır?
- Ziyarətgahımız təzəlikcə Qax rayonunda bir neçə imkansız xristian gürcü ailəsini də himayəsinə götürüb və onlara da mütəmadi yardımlar edəcəyik. Tez bir zamanda ziyarətgahımızda pulsuz qan bankı da yaradılacaq, bununla bağlı artıq bir xeyli işlər görülüb. Bizim niyyətimiz Ağanın ruhuna xatir toplanan ianələri, camaatımızın nəzirlərini yenə də insanlarımıza, ehtiyacı olanlara qaytarmaqdır. Bu işlərdə bizə yardımçı olan hər kəsi Uca Allah öz pənahında saxlasın.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

