/ / Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü Hacıqabul rayonunda qeyd edilib
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü Hacıqabul rayonunda qeyd edilib
28.04.2015 [10:01]
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə Hacıqabul rayonunda da tədbir keçirilib. Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov görkəmli akademikin həyat və fəaliyyətindən danışıb. Natiq bildirib ki, akademik Zərifə Əliyeva oftalmologiyada analoqu olmayan tədqiqatlara imza atıb: “Azərbaycanda oftalmologiyanın inkişafı XX əsrdə başlayıb. Elmin ölkəmizdə təşəkkülü akademik Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Zərifə xanım Əliyevanın həkimlik fəaliyyəti, o cümlədən, mühüm ictimai fəaliyyəti xüsusi olaraq vurğulanmalıdır”.
Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov Zərifə xanım Əliyevanın oftalmologiya və ümumilikdə tibb elminin inkişafındakı xidmətlərindən danışıb. H.Bəşirov bildirib ki, Zərifə xanımın zəngin həyat yolu hər bir həkim üçün mayakdır: “Zərifə xanım olduqca dərin, mənalı, şərəfli bir həyat yolu keçib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsi kimi hər zaman tibb tariximizdə yaşayacaq”.
Çıxış edən Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Beydulla Qarayev, YAP Hacıqabul rayon təşkilatının Qadınlar Şurasının sədr müavini, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Hacıqabul rayon Təhsil Şöbəsinin müdirinin müavini Balaxanım Ələskərova və Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aynur Qasımzadə görkəmli alimin həyat yolundan bəhs ediblər. Bildirilib ki, Zərifə xanımın əziz xatirəsi hər zaman xalqımız tərəfindən yad olunacaq. Tədbirdə akademik Zərifə xanım Əliyevaya həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

