/ / IDEA İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzinin təqdimatı keçirilib
IDEA İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzinin təqdimatı keçirilib
09.05.2015 [12:15]
Mayın 8-də heyvanları müdafiə təşkilatları və heyvansevər vətəndaşların iştirakı ilə IDEA İctimai Birliyinin Bakı şəhərinin Qaradağ rayonunda inşa etdirdiyi Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzinin təqdimatı keçirilib. Bu barədə IDEA İctimai Birliyindən AZƏRTAC-a məlumat verilib.
Mərkəzin təməlqoyma mərasimi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə 2014-cü il oktyabrın 9-da keçirilib. Sığınacağın tikintisində aparıcı dövlətlərin təcrübəsindən istifadə edilib və layihə-tikinti işlərinə tanınmış xarici mütəxəssislər cəlb olunub. Mərkəzin bu ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur.
Müasir texniki avadanlıqla təchiz edilmiş və beynəlxalq standartlara cavab verən sığınacaq kompleksində sahibsiz heyvanlara peyvənd, sterilizə və zəruri hallarda əməliyyat xidmətlərinin göstərilməsi, həmçinin onların daimi və müvəqqəti məskunlaşması üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub.
Sığınacaqda heyvanlar üçün mobil təcili tibbi yardım xidmətinin fəaliyyət göstərməsi və sahibsiz heyvanların humanist şəkildə Mərkəzə gətirilməsinə məsul xüsusi qrupun yaradılması planlaşdırılır.
Təqdimat zamanı qeyd edilib ki, Mərkəzdə heyvanların müayinə və müalicəsi üçün yüksək səviyyəli avadanlıqla təchiz olunmuş müasir klinika, heyvan mehmanxanası, müxtəlif təlimlərin və tədbirlərin keçirilməsi məqsədilə mərkəz, himayəyə götürülməyə hazır heyvanların nümayiş olunduğu kompleks, heyvanların daimi və müvəqqəti məskunlaşması üçün böyük sığınacaqlar yaradılacaq. Burada yerləşən itlərin gəzinti və oynama parkları ictimaiyyətə açıq olacaq və istənilən şəxs öz ev heyvanını bu parka gəzintiyə gətirə biləcək.
Təqdimat zamanı IDEA İctimai Birliyi inşa edilən sığınacaqların sahibsiz heyvanların müdafiəsi ilə məşğul olan yerli təşkilatlarla birlikdə istifadə etmək niyyətini elan edib və görüşdə iştirak edən təşkilatları birgə əməkdaşlığa dəvət edib.
IDEA-nın Sahibsiz heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi heyvanlara qayğı göstərmək istəyən könüllülər və heyvansevərlər üçün daim açıq olacaq.
IDEA İctimai Birliyinin bu təşəbbüsü təqdimatda iştirak edən heyvansevərlər tərəfindən yüksək qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

