CASCFEN Lənkəranda müəllimlər üçün seminar keçirib
10.06.2015 [09:03]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla iyunun 8-də Lənkəranda “Cənub bölgəsi müəllimləri üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib. Lənkəran şəhərindəki 7 saylı məktəbdə baş tutmuş seminarda Lənkəranla yanaşı Astara və Masallı rayonlarından ümumilikdə 29 nəfər iştirak edib.
Seminarı giriş sözü ilə açan CASCFEN sədri Azər Həsrət layihəni dəstəklədiyinə görə Azərbaycan dövlətinə təşəkkür edib. Daha sonra o, Lənkəran şəhər İcra Hakimiyyətinə, həmçinin, 7 saylı məktəbin direktoru Ülviyyə Əliyevaya yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Çıxış edən Ü.Əliyeva da iştirakçıları salamlayaraq təşkilatçılara təşəkkürünü bildirib və bölgə müəllimləri üçün belə seminarların faydalı olacağını deyib.
Lənkəran rayon Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə də, öz növbəsində, qonaqlara və iştirakçılara seminarda uğurlar arzu edib.
Bundan sonra seminarın ilk çıxışçısı Azər Həsrət iştirakçılara ifadə azadlığına təminat verən beynəlxalq və milli normalar haqqında danışıb. O qeyd edib ki, Azərbaycan dövləti istər beynəlxalq normalar, istərsə də milli qanunlar çərçivəsində hər cür azadlıqlara şərait yaradıb. “Amma bəzən insanlarımız belə şəraitdən sui-istifadə edir ki, bu da cəmiyyətdə arzuolunmaz durumlara səbəb olur. Biz unutmamalıyıq ki, dövlətin humanizmindən sui-istifadə son nəticədə elə biz vətəndaşlara zərər vuracaq. Ona görə də hər birimiz çalışmalıyıq ki, yaradılan şəraitdən səmərəli istifadə edək. Özəlliklə də onlayn müstəvidə davranışlarımıza diqqət yetirməliyik”, - deyə Azər Həsrət bildirib.
Çıxış edən ekspert - CASCFEN Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgərova iştirakçılara netiketin 10 qızıl qaydası haqqında danışıb. Hər qayda haqqında geniş bilgi verən, eyni zamanda, iştirakçıların fikirləri ətrafında müzakirəyə şərait yaradan Sevda Əsgərova müəllimlərin fəallığından razı qaldığını bildirib.
Seminarın sonunda tədbirin Lənkəranda təşkilində yaxından iştirak etdiyi üçün layihənin bölgə üzrə koordinatoru Səadət Kazımova CASCFEN-in diplomuyla təltif edilib. Daha bir diplom isə mütərəqqi fikirlərinə və yenilikçiliyə töhfələrinə görə 7 saylı məktəbin direktoru Ülviyyə Əliyevaya təqdim edilib.
Sonda iştirakçılara CASCFEN-in sertifikatları təqdim edilib, xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

