/ / Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Qıvraq” yarımstansiyası istifadəyə verilib
Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Qıvraq” yarımstansiyası istifadəyə verilib
21.06.2015 [13:48]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 19-da Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Qıvraq” yarımstansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov çıxış edərək deyib ki, Kəngərli Rayon Elektrik Şəbəkəsi bu günədək uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi. Bu gün istifadəyə verilən müasir ikimərtəbəli inzibati binada hərtərəfli iş şəraiti yaradılıb. Yeni istifadəyə verilən 110/35/10 kilovoltluq “Qıvraq” yarımstansiyası müasir tələblərə cavab verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Elektrik Şəbəkəsinin yeni binasının və “Qıvraq” yarımstansiyasının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini təbrik edərək deyib: “Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, geniş yenidənqurma işləri aparılır, insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur. Həyata keçirilən tədbirlər nəticəsində əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılır, bütün yaşayış məntəqələri abadlaşaraq müasirliyə qovuşur. Yaşayış məntəqələrinin və istehlakçıların elektrik enerjisi təminatının yaxşılaşdırılması, yeni elektrik verilişi xətlərinin çəkilməsi, müasir yarımstansiyaların qurulması da bu sahədə görülən işlərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır”.
Sonra Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında fərqlənənləri hədiyyələrlə mükafatlandırıb, açılışı bildirən lenti kəsib.
Kəngərli Rayon Elektrik Şəbəkəsinə yeni xidməti avtomobil verilib.
Yarımstansiya ilə tanışlıqdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunması və enerjiyə qənaət edilməsi barədə tapşırıqlar verib.
* * *
Kəngərli rayonunda aparılan abadlıq-quruculuq tədbirləri rayon mərkəzi Qıvraq qəsəbəsinin simasını tamamilə dəyişib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Qıvraq qəsəbəsindəki avtomobil yolunun ətrafı abadlaşdırılacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ərazidə görüləcək işlərlə maraqlanıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, həmçinin, Şərur rayonunun Xanlıqlar kəndinə gəlib, “İmamzadə”də aparılacaq bərpa işləri ilə, Xanlıqlar və Püsyan kəndlərində kollektor və selötürücü kanallar təmiri istiqamətində aparılan işlərlə tanış olub və Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunda aparılan tikinti işləri ilə maraqlanıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

