/ / Beynəlxalq yay məktəbində “Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm” mövzusu müzakirə edilib
Beynəlxalq yay məktəbində “Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm” mövzusu müzakirə edilib
25.07.2015 [10:35]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş” adlı beynəlxalq yay məktəbi iyulun 24-də Nabran Təhsil İstirahət Mərkəzində öz işini davam etdirib. Yay məktəbində əvvəlcə qruplar üzrə müsabiqələrə hazırlıq işi aparılıb.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, hazırlıq iclasından sonra “Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm” mövzusunda “dəyirmi masa” təşkil edilib. Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Sahibə Qafarova və BBMM-in icraçı direktoru, professor Azad Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə ətraflı fikir mübadiləsi aparılıb.
A.Məmmədov multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayıb. O, Azərbaycan multikulturalizminin və ümumilikdə multikulturalizm konsepsiyasının ölkənin, dövlət təhlükəsizliyinin təmin olunmasında rolundan söz açıb. Bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 2014-cu il 15 may tarixli Fərmanı ilə təsis edilib. Multikulturalizmin həm də öz tarixi kökləri var. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa olunmasını təmin edib. Ulu öndər Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edirdi. O, etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirirdi. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla davam və inkişaf etdirir. Multikulturalizmin dövlət siyasəti və həyat tərzimiz olduğunu nəzərə alaraq Prezident İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq miqyasda təbliğinə böyük töhfələr bəxş edir. Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir və biz öz təcrübəmizi dünya ictimaiyyəti ilə bölüşməyə həmişə hazırıq. İcraçı direktor çıxışında millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin bu istiqamətdə gördüyü işlərdən, göstərdiyi mühüm xidmətlərdən də danışıb.
S.Qafarova dünyada milli, dini diskriminasiyanın, irqçiliyin yayıldığı bir dövrdə Azərbaycan dövlətinin multikulturalizmi, tolerantlığı özünün dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevirdiyini qeyd edib. O deyib: “Azərbaycanda uzun əsrlərdir ki, fərqli dini konfessiyalar, müxtəlif xalqlar və etnik qruplar sülh, dostluq, qardaşlıq şəraitində yanaşı yaşayırlar”.
Milli Məclisin deputatı, həmçinin Dağlıq Qarabağ münaqişəsinə diqqəti cəlb edərək Ermənistanın işğalçılıq siyasəti haqqında tələbələrə ətraflı məlumat verib. O, Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salındığını bildirib. S.Qafarova Ermənistanın monoetnik ölkələrdən biri olduğunu xatırladaraq həm dövlət, həm xalq kimi onun tolerantlıq dəyərindən məhrum olduğunu diqqətə çatdırıb.
“Dəyirmi masa”da tələbələrin sualları cavablandırılıb.
Günün ikinci yarısında Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Volf “Almaniyada multikulturalizm”, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Azərbaycanda multikulturalizm” mövzusunda məruzələrlə çıxış edərək bununla bağlı hər iki ölkədəki vəziyyətin müqayisəli təhlilini aparıblar.
K.Volf bildirib ki, Auqsburq şəhərinin əhalisinin 40 faizi miqrasiya nəticəsində formalaşıb. Şəhərin uşaq bağçalarındakı uşaqların 60 faizi miqrantların uşaqlarıdır. Almaniyanın digər şəhərlərində də eyni situasiya müşahidə olunur. “Mənim üçün mühüm olan odur ki, Azərbaycanda kilsələr, məscidlər, sinaqoqlar həmişə yanbayan olub və yeniləri də tikilməkdə davam edir. Almaniyada isə məscidlərin tikilməsi son dövrlərə təsadüf edir. Bizim üçün hazırda vacib olan məqamlardan biri də İslam cəmiyyətinə inteqrasiya etməkdir. Məhz bu istiqamətdə biz Azərbaycandan nələrisə öyrənə biləcəyik. Düşünürəm ki, bütün cəmiyyətlər üçün vahid, demokratik bir multikultural modelin olması məqsədəuyğundur”.
E.Nəcəfov Azərbaycanda mövcud olan multikultural tolerant mühitdən, dövlətimizin milli və dini azlıqlara bütün sahələrdə bərabər imkanlar yaratmasından və bunların dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcəyindən söz açıb. Mövzular yay məktəbi iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirdən sonra tələbələr müxtəlif növlər üzrə idman yarışları keçiriblər. Yay məktəbinin dördüncü günü “Öz xalqını təqdim et” musiqili müsabiqə ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35

