“İmtahanın nəticələrini görəndə sevincimin həddi-hüdudu yox idi”
31.07.2015 [09:55]
Xəyalə Əfəndiyeva: Arzum hüquqşünas olmaqdır
Məlum olduğu kimi, ali məktəblərə qəbul imtahanlarını uğurla keçmiş abituriyentlər topladıqları müvafiq ballara görə ixtisas seçiminə başlayıblar. Yüksək tələbatlı, necə deyərlər, prestijli ixtisasları seçənlər isə, təbii ki, qəbul imtahanlarında xüsusilə fərqlənmiş gənclərimiz olacaqlar. Onlardan biri də iyulun 25-də 3-cü ixtisas qrupuna keçirilən qəbul imtahanında maksimum nəticə göstərən - 700 bal toplayan Xəyalə Rəvan qızı Əfəndiyevadır. O, əməkdaşımızla söhbətində imtahana necə hazırlaşmasından, valideynlərinin dəstəyindən, dostlarının ona güvənməsindən, eləcə də, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Və təbii ki, öz arzusunu da unutmayıb...
Xəyalə Qəbələ rayonu Vəndam kənd orta məktəbini bitirib. Deyir ki, elə uşaqlıqdan təhsilə, elm öyrənməyə böyük həvəsi olub. Orta məktəbdə oxuduğu illərdə öz həmyaşıdlarından daim fərqlənib, müəllimlərinin və valideynlərinin sevimlisi olub. Odur ki, valideynləri də onun oxumaq istəyinə maneçilik törətməyib, əksinə daim dəstək olublar. Son 2 ildə Xəyalənin biliklərini daha da artırması üçün ona fərdi müəllim də tutublar. Və bu da nəticəsi - Xəyalə qəbul imtahanında test suallarının hamısına doğru cavab verərək 700 bal toplayıb.
“İmtahan otağına girərkən bir qədər həyəcanlı idim. Düzü, heç bu nəticəni göstərəcəyimə bir o qədər inanmırdım. Düşünürdüm ki, 650 bal ətrafında yaza bilərəm. Amma rəfiqələrim, dostlarım, elə valideynlərim də deyirdilər ki, Xəyalə, sən maksimum nəticə göstərməyi bacaracaqsan. Sanki, imtahanın gedişində daim onların səslərini eşidirdim - məni sakitləşdirməyə çalışırdılar, deyirdilər ki, bax bunu doğru edirsən, tələsmə, diqqətli ol. Odur ki, əvvəlcə cavabları mənə daha asan gələn suallardan başladım. Bir də gördüm ki, gəlib çatmışam imtahan vərəqinin sonuna. Təkrar əvvələ dönüb, nisbətən çətin saydığım sualları da cavablandırmağa başladım. Amma hələ də içimdə bir şübhə var idi ki, görəsən, düzmü yazdım? Sonradan imtahanın nəticələrini görəndə sevincimin həddi-hüdudu yox idi”, - deyə X.Əfəndiyeva əlavə edib.
Xəyalənin ən böyük arzusu hüquqşünas olmaqdır. Odur ki, ixtisas seçimində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını seçəcək. Dedi ki, bu gün Azərbaycan hüquqi bir dövlətdir, beynəlxalq aləmdə böyük nüfuza malikdir: “Dövlətin daha da inkişafı üçün ölkəmizdə hüquqşünas kadrlara böyük ehtiyac var. Odur ki, bir gənc olaraq bu peşəni seçməklə dövlətimizin inkişafına öz kiçik töhfəmi vermək niyyətindəyəm”.
“Bu gün Azərbaycanda dövlət tərəfindən gənclərə çox böyük dəstək var. Möhtərəm Prezidentimiz İlham Əliyev daim Öz çıxışlarında gənclərimizin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaları, yüksək ixtisaslı kadrlar kimi yetişmələri üçün dövlətimizin gördüyü işləri sadalayır. Bu biz gəncləri də ruhlandırır, elmə olan marağımızı artırır. Odur ki, çalışacağam ki, ali təhsil illərində də yüksək biliklər əldə edib, gələcək fəaliyyətimdə dövlətimizin bizə göstərdiyi etimadı öz əməyimlə doğruldum. Vətənim üçün xeyirli və gərəkli bir kadr olum”, - deyə o vurğulayıb.
Söhbətimizin sonunda Xəyalə gələcək abituriyentlərə də öz məsləhətlərini verməyi unutmadı: “Hər bir şagird - əgər, o, qarşısına ali təhsil almaq məqsədi qoyubsa - ilk növbədə, çox çalışmalı, çoxlu kitablar oxumalı, boş-boşuna vaxt keçirməməli, öz istirahətini düşünməməlidir. Yalnız bu halda uğurlu nəticə əldə etmək mümkündür”.
Və təbii ki, ona biliklər qazanmaqda yardımçı olan insanlara - orta məktəb müəllimlərinə, fərdi müəllimlərinə, eləcə də, valideynlərinə minnətdarlıq etməyi unutmadı.
Elə isə, bizə də Xəyaləyə gələcək təhsil illərində yalnız uğurlar arzulamaq qalır. Yolun açıq olsun, Xəyalə!
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

