Səbail rayonunun məktəbliləri üçün Qusarda yeni yay düşərgəsi yaradılıb
13.08.2015 [10:04]
Səbail rayonunda yeniyetmə və gənclərin yay istirahətinin təşkili istiqamətində növbəti layihə həyata keçirilir. Bu dəfə Səbail rayon İcra Hakimiyyəti Müdafiə Nazirliyi ilə birgə “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil edib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, düşərgəyə rayonun təhsildə və idmanda fərqlənən, müxtəlif fənn olimpiadalarında, müsabiqələrdə qalib olan və idman yarışlarında nailiyyətlər əldə edən, oxuduqları orta məktəbin ictimai işlərində fəallıq göstərən 150-dən çox yuxarı sinif şagirdi cəlb edilib. Ən əsası isə bu düşərgənin Qusardakı “N” saylı hərbi hissəsində keçirilməsidir. Burada “Gənc Heydərçilər” üçün xüsusi əsgər kazarması ayrılıb. Yeniyetmələr düşərgənin fəaliyyəti dövründə hərbi nizamnamənin tələblərinə uyğun dərslər keçəcək, hərbi hissənin poliqonunda təlimlərdə iştirak edəcək, ordumuzun silah və texnikası ilə yaxından tanış olacaqlar.
Layihə təşkilatçıları tərəfindən Səbail rayon İcra Hakimiyyətində düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışıb, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində icra olunan sosial layihələr barədə məlumat verib.
Qeyd edilib ki, ötən ildən bəri Müdafiə Nazirliyi ilə birgə yeni layihə - “Gənc Heydərçilər” düşərgəsi təşkil olunub. Hərbi hissədə şagirdlərin yaşaması, qidalanması, təlimlərdə iştirakı və istirahəti üçün hər cür şərait yaradılıb. Təcrübəli tibbi heyət uşaqların sağlamlığının keşiyində duracaq.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və onlarla yanaşı, hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaq. İstirahət günlərində şagirdlərin Qusar rayonunun görməli yerlərinə, meşələrə, tarixi guşələrə gəzintiləri təşkil ediləcək.
Tədbirdə çıxış edən valideynlər, ictimai birliklərin rəhbərləri, istirahətə gedən uşaqlar yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

