Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində qaçqın və məcburi köçkün uşaqlarla görüş keçirilib

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində qaçqın və məcburi köçkün uşaqlarla görüş keçirilib

08.09.2015 [10:01]

Ağsu rayonunda respublikamızın müxtəlif bölgələrində məskunlaşan qaçqın və məcburi köçkün düşmüş ailələrdən olan uşaqlarla “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bu layihənin Azərbaycanda 2002-ci ildən həyata keçirildiyini bildirib. O deyib ki, tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olub. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi müvafiq Dövlət proqramlarına uyğun olaraq respublikamızın müxtəlif bölgələrində məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin maddi-məişət şəraiti durmadan yaxşılaşır. Bu qayğıdan uşaq və yeniyetmələrə də pay düşür. Onların sağlam ruhda böyüməsi üçün lazımi tədbirlər görülür”, - deyə R.Əliyev vurğulayıb.
Tədbirdə uşaqlara müxtəlif idman ləvazimatları paylanıb. Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər. Bu tədbirin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 846 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31