BDU-da Bilik günü və 2015/2016-cı tədris ilinin başlanması münasibətilə tədbir keçirilib
16.09.2015 [10:08]
Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) Bilik günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə danışıb, Prezident İlham Əliyevin çağırışı ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan köklü islahatlardan söz açıb.
Rektor universitetə yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli çəkdirib.
Diqqətə çatdırılıb ki, bu il universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 60 ixtisas üzrə 4269, magistratura pilləsinə 199 ixtisaslaşma üzrə 617, “SABAH” qruplarına isə 13 ixtisas üzrə 179 tələbə daxil olub. Bakalavr pilləsinə daxil olan tələbələrdən 6 nəfəri Prezident təqaüdünə layiq görülüb. Eyni zamanda, “SABAH” qrupları üzrə Azərbaycan dili və müəllimliyi ixtisası açılıb, bu qrupun bütün auditoriyaları texniki avadanlıqla tam təmin olunub. “SABAH”ın 25 tələbəsi Londonda yay məktəbində iştirak edib.
Bu il universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində dövlət və ictimai münasibətlər, marketinq ixtisasları açılıb.
Hər il olduğu kimi, bu il də universitetdə yeni dərsliklər və dərs vəsaitləri, metodiki göstərişlər, fənn proqramları, tədris planlarının yazılması ilə yanaşı, bir çox şöbələr yenidən qurulub, ayrı-ayrı kafedralarda yeni tədris və elmi-tədqiqat laboratoriyaları yaradılıb, mövcud laboratoriyalar yenidən qurulub və əsaslı şəkildə təmir edilib. Təmir-bərpa işləri Bakı Dövlət Universitetinin bütün fakültələrini əhatə edib və əksər auditoriyalar müasir multimedia vasitələri ilə təmin olunub. Jurnalistika fakültəsi telestudiyasının yenidən qurulması prosesi isə davam edir.
Yeni tədris ili münasibətilə 1 saylı tədris binasında yerləşən və müasir standartlara uyğun təmir və təchiz edilmiş kitabxana və oxu zalı, biologiya fakültəsində əsaslı təmir edilərək yeni kompozisiyalar və müqəvvalarla təmin edilmiş muzey, kimya və fizika fakültələrində bir neçə elmi-tədqiqat və tədris laboratoriyaları və auditoriyaların açılışı olub. Bununla yanaşı, fizika fakültəsində müasir “Lazerlər optikası” laboratoriyası yaradılıb.
BDU ilə Azərbaycan Milli Elmlər Akademiyasının ayrı-ayrı elmi təşkilatları və institutları arasında kadr hazırlığı və elmi-tədqiqat sahələrində əməkdaşlıq haqqında müqavilələr və anlaşma memorandumları imzalanıb. Anlaşma memorandumuna əsasən, AMEA-nın Dendrologiya İnstitutunun nəzdində BDU-nun Botanika kafedrasının filialının yaradılması nəzərdə tutulub.
Yeni tədris ili ərəfəsində Bakı Dövlət Universiteti növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında yer alıb. Ali məktəblərdə tədrisin keyfiyyətinə görə beynəlxalq Round University Ranking reytinqində universitet 750 universitet arasında 656-cı olub. Xatırladaq ki, reytinq “Thomson Reuters” beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb. Bununla yanaşı, BDU dünya universitetlərinin nüfuzlu “QS World University Rankings 2015/2016” reytinqində də yer alıb. BDU reytinqdə 701+ yerdə qərarlaşıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29

