Tərtər və Daşkəsən şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
20.10.2015 [10:24]
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Tərtər və Daşkəsən şəhərlərində tikinti-quraşdırma işləri sürətləndirilib.
“Azərsu” ASC-dən bildirilib ki, icrasına 2015-ci ilin may ayında başlanılmış “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla, Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı 11 kəndin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə, bu layihədən Tərtər rayonunun 47 min nəfər sakini faydalanacaq.
Yeni layihəyə əsasən, Tərtər şəhərinə və ətraf kəndlərə içməli su subartezian quyulardan veriləcək. Bu məqsədlə layihələndirilmiş 9 ədəd subartezian quyusunun 4-də qazıntı işləri davam etdirilir. Bununla paralel olaraq Tərtər şəhərində ümumi tutumu 10 min kubmetr olan su anbarı və buradan şəhərə qədər 3,6 kilometr uzunluğunda magistral su xətti inşa edilir. Tikinti-quraşdırma işləri başlanandan ötən müddət ərzində Tərtər şəhərində 110 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin 15 kilometrlik hissəsi tikilib və 700-ə yaxın ünvana birləşmə verilib. Ümumilikdə 2959 ünvan yeni şəbəkəyə qoşulacaq və bütün abunəçilər smart sayğacla təmin olunacaqlar.
Layihə çərçivəsində ilk dəfə Tərtər şəhərində kanalizasiya sistemi yaradılır. İnşası nəzərdə tutulan 104 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 22 kilometrlik hissəsində işlər başa çatıb.
İslam İnkişaf Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də yenidən qurulur. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla, Daşkəsən şəhərində 16,2 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə, bu layihədən 17,8 min sakin faydalanacaq.
Daşkəsən şəhərini, Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilib. Hazırda Qarainək su mənbəyində sugötürücü qurğunun tikintisi həyata keçirilir. Su mənbəyindən şəhərə qədər 20 kilometr uzunluğunda magistral su kəmərinin inşası yekunlaşmaq üzrədir. Şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 4500 kubmetr olan 4 ədəd anbarın 3-də və nasos stansiyalarında da tikinti-quraşdırma işləri davam etdirilir. Layihədə nəzərdə tutulan 18,3 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin 4,2 kilometrlik hissəsində işlər başa çatıb. Ümumilikdə, 2560 ünvan yeni yaradılan şəbəkəyə qoşulacaq və abunəçilər smart sayğacla təmin olunacaqlar.
Layihə çərçivəsində Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılır. Bu məqsədlə layihələndirilmiş 13,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 3 kilometrlik hissəsi inşa edilib. Daşkəsən şəhərində yaranan tullantı suların təmizlənib kənarlaşdırılması üçün sutkalıq məhsuldarlığı 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Layihənin icrasının 2016-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Tərtər və Daşkəsən şəhərləri ilə yanaşı, Gədəbəy, Astara, Qazax, Samux şəhərlərinin də su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur. Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti-quraşdırma işləri davam edir, Qazax və Samux şəhərləri üzrə layihələrin icrasına isə hazırlıq görülür.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

