Mətbuat Şurasına yeni üzvlər qəbul edilib
22.10.2015 [10:29]
Oktyabrın 21-də Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. İclasda Mətbuat Şurası sıralarına yeni üzvlər qəbul edilib.
Tədbirdə MŞ-nin sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, İdarə Heyətinin üzvləri müzakirələrdən sonra bir sıra kütləvi informasiya vasitələrinin MŞ sıralarına qəbulu barədə qərarlar qəbul ediblər. “Qarabağa aparan yol”, “Kənd həyatı”, “Respublika gəncləri” qəzetləri, “Təhsil”, “Azeri Defence”, “Milli zəka” jurnalları qurumun yeni üzvləri olublar. Bu sırada daha beş bölgə qəzeti də təmsil olunacaq. Bunlar Tovuzun, Mingəçevirin, Şuşanın eyni adlı mətbu nəşrləri, “Yeni Gəncə” və “Gündoğar” qəzetləridir (Neftçala rayonu).
Yeni üzvlər sırasında “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi də var.
Mətbuat Şurasına onlayn media vasitələrinin qəbulu zamanı diskussiyalar aparılıb. “Xeberler.az”, “Gün.az”, “Avrasiya.net”, “Azxeber.com”, “Olke.az”, “İstiqlal.az”, “Azpolitika.info”, “Aktual.az” saytları da MŞ-nin yeni üzvləri olublar. “Yenilik.az” və “Yenicag.az” saytları isə bu KİV-lərin MŞ tərəfindən iki aylıq monitorinqinin aparılması şərti ilə Şuraya üzv qəbul ediliblər.
İclasda təklif edilib ki, MŞ-yə üzv olmaq istəyən onlayn media vasitələri üçün tələblər bir qədər də təkmilləşdirilməlidir. Belə ki, ərizə ilə müraciət edən hər bir KİV-in monitorinqi aparılmalı və monitorinq qrupunun da rəyindən sonra sənədlər İdarə Heyətinin müzakirəsinə çıxarılmalıdır.
İclasda Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının rəyləri əsasında MŞ-nin qərarları da qəbul olunub. “Şəfəqə doğru”, “Demokratik dövlət” qəzetlərinə, “Vətənim Azərbaycan” jurnalına və “Qafqaznews.az” saytına etik prinsiplərin tələblərinə sayğısızlıq göstərdiklərinə görə Mətbuat Şurasının xəbərdarlığı edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

