Abşeron seçiciləri də yüksək fəallıq nümayiş etdiriblər
02.11.2015 [11:33]
Ölkə həyatının demokratikləşməsi, bütün sahələrdə şəffaflığın təmin olunması müstəqil Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdəndir. Ölkəmiz hədəflənən məqsədlərə çatmaq üçün daim islahatlara yaşıl işıq yandırır, o cümlədən də respublikamızda seçki sistemi mütəmadi qaydada təkmilləşdirilərək dünyanın qabaqcıl dövlətlərinin modelinə uyğunlaşdırılır. Bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, ona istiqamətlənib ki, seçkilərdə vətəndaş fəallığı, şəffaflıq daha geniş miqyasda təmin olunsun. Noyabrın 1-də keçirilən növbəti çağırış Milli Məclisə seçkilər respublikamızda vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafını hədəfləyən islahatların kifayət qədər səmərəli olduğunu təsdiqlədi. Milli Məclisə budəfəki seçkilər məhz vətəndaş fəallığının kifayət qədər yüksək olması ilə diqqəti cəlb etdi.
Bu baxımdan Abşeron rayonu da istisna deyil. Rayonda iki - 45 saylı Abşeron və 50 saylı Abşeron-Qobustan seçki dairələri təşkil olunub. 45 saylı Abşeron Dairə Seçki Komissiyasının sədri Dilşad Abbasovanın verdiyi məlumata əsasən, bəhs olunan dairə üzrə 36 məntəqədə 46 min 514 seçici qeydiyyata alınıb. Dairə üzrə məntəqələrdə seçkiyə bütün zəruri hazırlıqlar yüksək səviyyədə aparılıb. 12 məntəqədə veb-kameralar quraşdırılıb, 6 məntəqə hərəkətləri məhdud olan seçicilər üçün pantuslarla təmin edilib, eyni zamanda, bütün məntəqələrə gözdən əlil vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə xüsusi trafaretlər verilib. Dairə üzrə ən yaşlı seçicinin 103 yaşı var, həmçinin 812 nəfər 18 yaşı tamam olan gənc ilk dəfə səs verib.
45 saylı Abşeron Seçki Dairəsi üzrə 4 saylı Seçki Məntəqəsində səsvermənin başladığı ilk saatlardan səsvermə bitənədək seçicilərin böyük aktivliyi müşahidə edilib. Məntəqə Seçki Komissiyasının sədri Nailə Əzizova bildirib ki, məntəqədə 1391 seçici qeydiyyata alınıb. Səsvermədə seçicilərin aktivliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər görülüb, ələlxüsus da ilk dəfə səs verəcək vətəndaşlarla geniş maarifləndirmə işləri aparılıb.
Məntəqədə seçkilərə yüksək səviyyədə hazırlıq görülməsi seçiciləri də razı salıb. Seçicilər Həsənağa Ağaverdiyev, Zeynəb Gözəlova səsvermə zamanı sərbəst şəkildə öz iradələrini ifadə etdiklərini bildiriblər. Müşahidə edilən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, məntəqədən çıxan seçicilərin böyük qismi Yeni Azərbaycan Partiyasının (YAP) namizədinə səs verdiklərini məmnunluqla qeyd ediblər.
50 saylı Abşeron-Qobustan Seçki Dairəsi dairə Seçki Komissiyasının sədri Rafəddin Nağdəliyevdən aldığımız məlumata əsasən, bu dairə üzrə qeydiyyata alınan 47 min 630 seçici 51 məntəqədə səs verib. Dairə üzrə məntəqələrin 49-u daimi, 2-si isə qapalıdır.
50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə 1 saylı Məntəqə Seçki Komissiyasının sədri Afət Bayramov noyabrın 1-də səhər saat 8:00-da məntəqədə səsvermənin qanunvericiliyə uyğun qaydada başladığını bildirib. Seçici fəallığı səsvermənin sonunadək davam edib. Seçicilər, o cümlədən də ilk dəfə səs verən vətəndaşlar böyük məmnuniyyətlə seçki məntəqəsinə gələrək öz iradələrini ifadə ediblər. Ümumiyyətlə, məntəqədə 1403 seçici qeydiyyata alınıb. Səsvermənin aktiv keçməsinə əsaslanaraq seçicilərin böyük əksəriyyətinin seçkilərə fəal şəkildə qatıldığını söyləmək mümkündür.
1 saylı Seçki Məntəqəsində Yeni Azərbaycan Partiyasından müşahidəçi qismində qeydə alınan Elşən Rzayev, “Ana Vətən” Partiyasının müşahidəçisi sahib Hüseynov seçkilər zamanı hər hansı qanun pozuntusunu müşahidə etmədiklərini bildiriblər. Onlar məntəqədə səsvermənin yüksək səviyyədə keçməsini təmin etmək məqsədilə bütün lazımi şəraitin yaradıldığını vurğulayıblar.
Müşahidələrimiz zamanı həmçinin 45 saylı Abşeron Seçki Dairəsi üzrə 19 saylı Seçki Məntəqəsində, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə 8, 6 və digər saylı məntəqələrdə də səsvermənin seçicilərin yüksək fəallığı şəraitində keçdiyinin şahidi olduq. Məntəqələrdən çıxan seçicilərə ünvanladığımız “Hansı partiyanın namizədinə səs verdiniz” sualına onların böyük əksəriyyəti “Seçkilərə “Yeni hədəflərə doğru” şüarı ilə gələn Yeni Azərbaycan Partiyasının namizədlərinə” cavabını veriblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

