/ / Fransanın Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası açılıb
Fransanın Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrası açılıb
04.11.2015 [09:42]
Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub.
Mərasimdə Yuxarı Alzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff Müluzun Azərbaycanın şəhərləri ilə dostluq münasibətlərindən, o cümlədən rəhbərlik etdiyi ali məktəbin Gəncədə fəaliyyət göstərən universitetlərlə mövcud əlaqələrindən danışıb.
Yuxarı Elzas Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı Qreta Komur isə Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan ədəbiyyat və mədəniyyət kafedrasının onun rəhbərlik etdiyi fakültədə açılmasından qürur duyduğunu deyib. Qreta Komur bu kafedrada Nizami Gəncəvinin əsərlərinin Şərq və Qərb mədəniyyətinə töhfəsini, eləcə də Avropa ilə Azərbaycan mədəniyyətləri arasında qarşılıqlı təsirləri tədqiq etdiyini bildirib. Dekan çıxışında Azərbaycan ilə Fransa arasında ədəbiyyat sahəsində əlaqələrə də toxunub.
Fransa Senatının üzvü, Müluz Elzas Aqlomerasiyasının prezidenti Jan-Mari Bokel ölkəmizin dostu olduğunu vurğulayaraq Azərbaycanın tarixi ərazilərinin Ermənistan tərəfindən işğalının qəbuledilməz olduğunu bildirib.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov dünya ədəbiyyatına, mədəniyyətinə, təhsilinə və elminə əvəzsiz töhfələr vermiş Nizami Gəncəvinin adını daşıyan kafedranın açılış mərasimində iştirak etməkdən məmnunluğunu bildirib. O, bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya, Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloffa, Müluz şəhərinin rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova minnətdarlığını ifadə edib.
Azərbaycan-Fransa münasibətlərinin dərin tarixi köklərinə toxunan nazir bu gün xalqlarımız arasında tarix boyu formalaşmış dostluq münasibətlərinin hər iki ölkənin rəhbərləri səviyyəsində dəstəklənməsi və daha da inkişaf etdirilməsi istiqamətində səylərin göstərildiyini vurğulayıb.
Nazir XXI əsrdə ölkələr və millətlər arasında qarşılıqlı anlayışa və hörmətə əsaslanan münasibətlərin qurulmasında təhsilin müstəsna rol oynadığını qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Hər bir ölkənin, xalqın gələcəyinin, inkişafının və uğurlarının məhz insan amilindən, onun savadlı, bilikli gənclərindən asılı olduğunu bildirib.
Nazir dövlətimizin başçısının irəli sürdüyü “qara qızılı insan kapitalına çevirmək” prinsipinin və bu çərçivədə Azərbaycanın savadlı və bacarıqlı gənclərinin xarici ölkələrin aparıcı universitetlərində təhsili üçün dövlət təqaüdlərinin ayrılması təşəbbüsünün ölkəmizdə təhsilə verilən əhəmiyyəti əks etdirdiyini vurğulayıb.
Təhsilin inkişafı sahəsində xüsusi əhəmiyyət verilən məqamlardan birinin də xarici ölkələrlə müsbət təcrübələrin paylaşılması və qarşılıqlı faydalılıq əsasında birgə təşəbbüslərin həyata keçirilməsi olduğunu deyən nazir Azərbaycanın Fransa ilə bu istiqamətdə tərəfdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb. Bakı Fransız Liseyinin artıq fəaliyyət göstərdiyini qeyd edən M.Cabbarov bildirib ki, hər iki ölkənin dövlət başçılarının təşəbbüsü ilə Azərbaycan-Fransız Universiteti layihəsi üzərində hazırlıq işləri aparılır.
Nazir M.Cabbarov yeni açılan kafedranın fransız gənclərinə və tədqiqatçılarına Azərbaycanı daha yaxından tanımağa, ədəbiyyatımızı, tariximizi və mədəni irsimizi araşdırmağa imkan yaradacağına mühüm töhfə verəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

