Böyük alim, gözəl insan, vətənpərvər ziyalı
05.11.2015 [10:26]
Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada (MEK) Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı akademik Bəkir Nəbiyevin 85 illik yubileyinə həsr olunan anma tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində akademikin elmi yaradıcılığından bəhs edən sərgi açılıb, “Vətəndaş. Alim. Ziyalı” biblioqrafik soraq kitabının təqdimatı olub.
Sərginin açılışında MEK-in direktoru Leyla İmanova çıxış edərək mərasimin AMEA-nın 70 illik yubiley tədbirləri çərçivəsində keçirildiyini söyləyib. Bildirib ki, akademik Bəkir Nəbiyev ömrünün yarıdan çoxunu elmi fəaliyyətə həsr edib. Bu dövrdə alimin 60-dan çox kitabı işıq üzü görüb, o, 200-dən artıq elmi əsərin, minə yaxın məqalənin redaktoru və müəllifi olub.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından olan alimin həyat və elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, həm klassik, həm də müasir ədəbiyyat haqqında dəyərli əsərlərin müəllifi olan akademik zəngin yaradıcılığı ilə Azərbaycan elminə böyük töhfələr verib. Akademikin ədəbiyyatşünaslıq üzrə yüksək ixtisaslı elmi kadrların yetişdirilməsi sahəsində də böyük xidmətləri olub. Görkəmli alimin əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” və “İstiqlal” ordeni ilə təltif olunub, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev B.Nəbiyevin ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərindən, elmi, pedaqoji, ictimai fəaliyyətindən danışıb, alimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Azərbaycanda ədəbi-bədii fikrin formalaşmasında alimin mühüm xidmətləri olub. Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, yorulmaz tədqiqatçı, fədakar alim və tənqidçi kimi ədəbiyyatımızın tarixində əbədi qalmaq haqqını qazanmış insanlardandır. Alimin AMEA-dakı fəaliyyətini xüsusi qeyd edən dövlət müşaviri B.Nəbiyevin Azərbaycan ədəbiyyatı sahəsində elmi məktəb yaratdığını söyləyib, onun zəngin mənəvi keyfiyyətlərindən, xeyirxah əməllərindən və yüksək vətənpərvərliyindən söz açıb.
Akademik İsa Həbibbəyli B.Nəbiyevin Azərbaycan elminin inkişafındakı rolunu və mövqeyini xüsusi qeyd edib, elmi yaradıcılığı barədə ətraflı məlumat verib. Onun bütün mənalı ömrünü ədəbiyyat elminin, mədəni düşüncəmizin inkişafına sərf etdiyini söyləyib. Bildirib ki, Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən, Azərbaycan elmi fikrinin qüdrətli simalarından idi.
Tədbirdə akademiklər Vasim Məmmədəliyev, Nailə Vəlixanlı, Tofiq Hacıyev, Abel Məhərrəmov, Xalq şairi Nəriman Həsənzadə və digər çıxış edənlər alimin çoxşaxəli fəaliyyətindən, ədəbi irsinin əhəmiyyətindən danışıblar.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

