“Azərbaycan xalçaçılığı keçmişdən gələcəyə” mövzusunda müsabiqənin nəticələri açıqlanıb
13.11.2015 [10:05]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və “Azərilmə” Xalçaçılıq Mərkəzinin birgə təşkil etdiyi “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda fərdi jurnalist yazıları müsabiqənin nəticələri noyabrın 12-də açıqlanıb və qaliblər mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Azərilmə” Xalçaçılıq Mərkəzinin direktoru Vidadi Muradov rəhbərlik etdiyi qurumla birgə müsabiqənin təşkilinə görə KİVDF-nin rəhbərliyinə, habelə müsabiqəyə qatılan jurnalistlərə təşəkkürünü bildirib. O, belə bir müsabiqənin təşkilini ölkə rəhbərliyinin milli mədəniyyətimizə və onun ayrılmaz hissəsi olan xalçaçılıq sənətinə göstərdiyi diqqətin əyani təzahürü kimi dəyərləndirib. Qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalçaçılıq sənətinə sevgi və qayğısı bu sahənin tarixi ənənələrinin qorunub saxlanılmasına və inkişafına imkan yaradıb. Mərkəzin direktoru, həmçinin bildirib ki, Qarabağ, Şirvan, Naxçıvan, Gəncəbasar, Abşeron, Quba kimi tarixi xalçaçılıq mərkəzlərində qədim ənənələrin bərpası, gənc nəsillərə öyrədilməsi, yaşadılması və davam etdirilməsi istiqamətində görülən işlər ictimaiyyət tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Vidadi Muradov bu sahədə nailiyyətlərin ictimaiyyətə dolğun və hərtərəfli çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Bu mövzuda təşkil olunmuş ilk müsabiqənin ictimai diqqətin xalçaçılıq sənətinə yönəldilməsi baxımından əhəmiyyətini vurğulayan Vidadi Muradov deyib ki, son aylarda KİV-lərdə bu mövzuya dair çoxsaylı yazılar dərc edilib.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan mədəniyyətinin qədim sahələrindən olan xalçaçılıq sənətinin son illər özünün intibah dövrünü yaşadığını, tarixi ənənələrini qoruyub saxladığını və inkişaf etdiyini bildirib. V.Səfərli vurğulayıb ki, “Azərilmə” ilə birgə təşkil olunan müsabiqənin məqsədi də məhz Azərbaycan xalçaçılığının tarixi ənənələrinin, hazırkı nailiyyətlərinin və inkişaf perspektivlərinin öyrənilməsi və ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını həvəsləndirməkdir.
İcraçı direktor avqustun 1-dən oktyabrın 15-dək davam edən müsabiqəyə 29 kütləvi informasiya vasitəsindən 43 yazının təqdim edildiyini bildirib. Yazıların üç ekspert tərəfindən qiymətləndirildiyi diqqətə çatdırılıb. O, müsabiqənin yekunlarına görə ümumilikdə 16 şəxsin mükafatlandırıldığını, o cümlədən 6 jurnalistin əsas, 10 nəfərin isə həvəsləndirici mükafatlara layiq görüldüyünü qeyd edib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim olunub.
Mükafat alanlar arasında “Yeni Azərbaycan” qəzetinin də əməkdaşı var.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

