Beynəlxalq konfransda terrorizmlə mübarizə sahəsində prokurorların rolu müzakirə edilib
13.11.2015 [10:09]
Noyabrın 9-dan 12-dək Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə Soçidə Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) “Terrorizm və zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələri üçün 7-ci regional konfransı keçirilib.
Otuzdan artıq ölkənin prokurorluq orqanlarının və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldıqları tədbirdə ölkəmizi baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, BPA-nın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyev və Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovdan ibarət nümayəndə heyəti təmsil edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka və BPA-nın prezidenti Gerhard Yaroş tədbirdə çıxış edərək son dövrdə artma meyilləri müşahidə edilən terrorizmə və ekstremizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və bu prosesdə prokurorların rolunun vacibliyini vurğulayıblar.
Konfransda terrorizm və zorakı ekstremizm ilə mübarizədə yeni çağırışlar, ayrı-ayrı ölkələrin prokurorluq orqanları tərəfindən tətbiq edilən təcrübə və mexanizmlər, bu bəşəri bəlaya qarşı beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər müzakirə olunub.
Tədbirin plenar iclasında çıxış edən baş prokurorun müavini K.Əliyev ölkəmizin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə sahəsində qəbul edilən bütün beynəlxalq və regional konvensiyalara qoşulduğunu bildirib. Həmin fəaliyyət strategiyasının banisinin xalqımızın Ümummilli lideri Heydər Əliyev olduğunu vurğulayan K.Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının beynəlxalq antiterror koalisiyasının, o cümlədən enerji təhlükəsizliyi və sülhməramlı əməliyyatların həyata keçirilməsində fəal iştirakçılardan birinə çevrildiyini xüsusi qeyd edib.
Bildirilib ki, ötən əsrin sonlarında terrora məruz qalan Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Nəzarətdən çıxan həmin ərazilər terrorçular üçün düşərgələrin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradır.
Konfransın plenar iclasına sədrlik edən Azərbaycan nümayəndə heyətinin rəhbəri terrorçuluğa qarşı mübarizədə prokurorluğun rolu, ölkəmizdə bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar, milli konsepsiya və praktiki mexanizmlər barədə ətraflı məlumat verib.
Tədbirin sonunda terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə prokurorluq orqanları tərəfindən beynəlxalq əməkdaşlığın davam etdirilməsi, genişləndirilməsi və bu istiqamətdə bütün lazımi səylərin göstərilməsi qərara alınıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti BPA, Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Ukrayna və digər ölkələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

