Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanıb
21.11.2015 [09:34]
Bakıda keçirilən Azərbaycan və Rusiya Universitetlərarası Forumu çərçivəsində “Four Seasons” otelində Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanıb. Forumda iki ölkənin aparıcı universitetlərinin rektorları və tanınmış elm xadimləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib.
İclasda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov çıxış ediblər.
Azərbaycanın təhsilı naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin qədim tarixi var. M.Cabbarov xatırladıb ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə minlərlə tələbə təhsil almaq üçün Rusiya Federasiyasına göndərilib.
Azərbaycanda mədəniyyətlərin qarşılıqlı təsiri həmişə müşahidə olunub, rus dilinin öyrənilməsinə maraq azalmır. Ulu öndər Heydər Əliyev 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunda deyib: “Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini və Nəsimini isə Azərbaycan dilində oxusun”.
Hazırda ölkədə təlim rus dilində olan 341 məktəb fəaliyyət göstərir. Respublikadakı 20 ali məktəbin 12-də rus dilində tədris var. Rus dili və ədəbiyyatı üzrə olimpiadalar keçirilir, Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Rusiya tərəfi hər il azərbaycanlı tələbələrin təhsilinə vəsait ayırır.
Nazir əmin olduğunu bildirib ki, Assosiasiyanın yaradılması təhsildə sıx əməkdaşlığa və faydalı təcrübə mübadiləsinə təkan verəcək. Onun fikrincə, bizi həm də ümumi məqsəd - hər kəsin təhsil ala bilməsi üçün şəraitin yaradılması məqsədi birləşdirir.
Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov çıxışında vurğulayıb ki, Rusiya və Azərbaycan təkcə xarici siyasət və iqtisadiyyat sahələrində deyil, həm də ilk növbədə təhsildə və elmdə strateji tərəfdaşlardır.
Mütəxəssislərin hazırlıq keyfiyyətinin artırılması mühüm vəzifədir. Rusiyanın aparıcı ali məktəblərində Azərbaycandan 14 min tələbə, o cümlədən Rusiya Federasiyasının ayırdığı vəsait hesabına 3,5 min tələbə təhsil alır.
Bildirilib ki, Assosiasiya çərçivəsində əsas vasitələr birgə layihələr, elmi araşdırmalar olacaq, bir sıra təhsil proqramları həyata keçiriləcək. Dillərin qarşılıqlı öyrənilməsi, şəksiz, əsas vəzifələrdən olacaq. Rusiya Federasiyasında 12 mindən çox uşaq Azərbaycan dilini öyrənir. Rus dili və ədəbiyyatının distant tədrisinə kömək etmək üçün rus dilində təhsil portalı yaradılıb.
Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Ufa Neft Universitetinin rektoru Ramil Baxtizin forumun yekunlarına dair qısa məlumatla çıxış ediblər.
Forumda ali məktəb rektorlarının 24 məruzəsi dinlənilib, Assosiasiyanın fəaliyyətinin prioritet istiqamətləri müəyyən olunub.
Sonra Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının yaradılması haqqında Memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfindən Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Rusiya tərəfindən Ufa Dövlət Neft Universitetinin rektoru Ramil Baxtizin imzalayıblar.
Mərasimdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu iştirak ediblər.
Forum Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

