Bilik Fondu Bakı Biznes Universitetində “Kitabi-Dədə Qorqud”la bağlı tədbir keçirib
02.12.2015 [09:44]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bakı Biznes Universitetində “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə “Kitabi-Dədə Qorqud - Fon Dits -200” mövzusunda tədbir keçirib.
Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq reallaşdırılıb.
Bakı Biznes Universitetinin müəllim və tələbə heyəti ilə görüşdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, qurumun Aparat rəhbəri İsaxan Vəliyev, Biznes Universitetinin rektoru İbad Abbasov, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru İbad Abbasov Azərbaycanda elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verildiyini deyib. Rektor Bilik Fondunun həyata keçirdiyi layihələri izlədiyini, ölkə əhalisinin bütün sahələrdə maarifləndirilməsində Fondun gördüyü işlərin əhəmiyyətini vurğulayıb. Qorqudşünaslığın 200 illiyi ilə bağlı ölkə daxilində və xaricdə keçirilən bir-birindən maraqlı tədbirləri alqışladığını deyib.
Bilik Fondunun fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verən icraçı direktor Oktay Səmədov “Kitabi-Dədə Qorqud” dastanının xalqımızın mənəvi sərvəti olduğunu qeyd edib, peşəsindən, ixtisasından asılı olmayaraq, hər bir azərbaycanlının dastan qəhrəmanlarını sevdiyini dilə gətirib.
Dövlət başçısının Sərəncamına uyğun olaraq Bilik Fondunun respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirdiyini diqqətə çatdıran Möhsün Nağısoylu “Kitabi-Dədə Qorqud” dastanı haqqında geniş məlumat verib, onun dünya folklorunda və dastanşünaslığında tutduğu yerdən bəhs edib.
Qorqudşünaslığın inkişaf istiqamətlərindən danışan alim müəllimləri və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

