“Azərbaycan multikulturalizmi” fənninin monitorinqi davam edir
16.12.2015 [09:50]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici və yerli universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.
“Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasının müdiri Əyyub Kərimov Lənkəran Dövlət və Azərbaycan Tibb universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqini aparıb. O, Lənkəran Dövlət Universitetində fənnin tədris edildiyi 150 tələbəyə “Multikulturalizm, fərqli modellər, növlər, siyasətlər” mövzusunda mühazirə oxuyub. Sonra tələbələrin sualları cavablandırılıb.
Ə.Kərimov Azərbaycan Tibb Universitetinin ictimai elmlər kafedrasının müəllimi Fəridə Qəniyevanın “Multikulturalizmə giriş” fənni üzrə “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı” (rus bölməsində) mövzusunda məşğələ dərsinin monitorinqini də aparıb.
Azərbaycan Dövlət Dəniz Akademiyasında isə Bakı Slavyan Universitetinin multikulturalizm kafedrasının müəllimi Cavid Əsədov və BBMM-in əməkdaşı Aydan Nusal monitorinq aparıblar. Bu akademiyada “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri tədris edilir.
Monitorinq zamanı humanitar fənlər və dillər kafedrasının baş müəllimi Ağarza Fətəliyev “Dünyada multikulturalizm, multikulturalizm siyasəti, dünya ölkələrinin multikulturalizm modelləri” mövzusunda mühazirə oxuyub.
Sonra humanitar elmlər və dillər kafedrasının müdiri İlqar Abdullayev tələbələrə Azərbaycanın multikulturalizm siyasəti barədə məlumat verib. Aydan Nusal BBMM-in ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Mərkəzin gələn ilin fevralında keçirməyi planlaşdırdığı beynəlxalq qış məktəbi barədə məlumat tələbələrdə böyük maraq oyadıb. C.Əsədov fənnin seminarları zamanı mövzuların necə müzakirə edildiyini və sorğu əsasında tələbələrin fənn üzrə bilik səviyyələrini yoxlayıb.
Azərbaycan Texniki Universitetində monitorinqi Multikulturalizm Mərkəzinin əməkdaşları Rəşad İlyasov və Aytən Məmmədova aparıb. Monitorinq zamanı “Azərbaycan multikulturalizmi” fənnini tədris edən Əlipaşa Əliyev “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti” mövzusunda mühazirə oxuyub. O, Azərbaycanda multikulturalizmin dövlət siyasəti olaraq həyata keçirilməsindən və bunun da əsasının ictimai sifariş olmağından bəhs edib. Dərs interaktiv şəkildə, sual-cavablarla daha da canlı keçib.
Sonra BBMM-in əməkdaşı R.İlyasov tələbələrə Multikulturalizm Mərkəzinin yaranma tarixi, onun fəaliyyəti, planları barədə məlumat verib və monitorinq sorğusunu keçirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

