Prezidentin tapşırığına əsasən “ASAN xidmət” fəaliyyətini və əhatə dairəsini genişləndirir
14.01.2016 [09:24]
Dövlətimizin başçısının tapşırığına əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətini və əhatə dairəsini genişləndirir.
AZƏRTAC xəbər verir ki, fəaliyyətə başladığı gündən indiyədək “ASAN xidmət” mərkəzlərində 7 milyondan artıq vətəndaşın müraciəti qeydə alınıb. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 3 min vətəndaş müraciət edir.
Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bir sıra mənfi halları və korrupsiyanı aradan qaldırır.
Dövlətimizin başçısının müvafiq Fərmanına əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bu sahədə mühüm uğura imza atıldı. Həmin il Bakıda pilot layihə olan 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı. Sonra paytaxtın bir neçə rayonunda da “ASAN xidmət” mərkəzləri vətəndaşların istifadəsinə verildi. Bu proses regionları da əhatə etdi. Artıq 3 ilə yaxındır ki, “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. Bu müddət ərzində qurum öz işini daha da təkmilləşdirib və bir sıra yeniliklərə nail olub.
Hazırda ölkə üzrə 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, 4-ü regional mərkəz olmaqla Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 9 dövlət qurumu ümumilikdə 23 hüquqi xidmət həyata keçirirdisə, indi 10 dövlət orqanı və özəl müəssisələr tərəfindən ümumilikdə 280-dən çox müxtəlif növ xidmət göstərilir. Bütün bunlar dövlət qulluqçusu - vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
“ASAN xidmət” mərkəzlərində vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılıb. İnsanların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkündür. Məqsəd dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunması, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
“ASAN xidmət” mərkəzlərində daha bir yenilik isə dövlətimizin başçısının tapşırığına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə tələb olunan xüsusi razılıq lisenziyasının verilməsi olub.
“ASAN xidmət” davamlı olaraq inkişaf etmək üçün ən son texnologiyadan və innovativ həll yollarından istifadə etməyə çalışır. Mərkəzin xidmətindən istifadə edən əcnəbilər də razılıqlarını bildirirlər.
Azərbaycan brendi olan “ASAN xidmət”ə bu gün dünyada böyük maraq var və o öz ətrafında kifayət qədər diqqət toplaya bilib. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olurlar. Dünyanın bir çox ölkələri Azərbaycanda tətbiq olunan bu modeli nümunə kimi istifadə edirlər.
Regionlarda yaşayan əhaliyə səyyar “ASAN xidmət”lərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.
Bu il daha iki yeni “ASAN xidmət” mərkəzi açılacaq - Masallıda və Qəbələdə. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatacaq. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artacaq.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

